UEFA prezidentinin evi qarət olunub, 20-yə yaxın medalı oğurlanıb

UEFA prezidentinin evi qarət olunub, 20-yə yaxın medalı oğurlanıb

Fransa millisinin sabiq futbolçusu Mişel Platini bu gün səhər saatlarında qarət edilib.

QELEBE.AZ xarici KİV-ə istinadla xəbər verir ki, evin yaxınlığındakı ərazidə saxlanılan 20-yə yaxın medal və kuboku götürərək qaçıb.

Marsel prokurorluğu artıq araşdırmalara başlayıb, dəymiş ziyanın məbləği hələ dəqiqləşməyib.

Platini 1976-1986-cı illərdə Fransa millisində çıxış edib. Bu müddət ərzində o, Avropa çempionu olub və dünya çempionatının bürünc medallarını qazanıb.

Qeyd edək ki, Platini 2007-2015-ci illərdə UEFA-nın prezidenti olub, korrupsiya iddialarına görə vəzifəsini vaxtından əvvəl tərk edib.