Messi dubl etdi, komandası qələbə qazandı - VİDEO
Futbol üzrə ABŞ liqasında növbəti turun oyunları keçirilir.
QELEBE.AZ xəbər verir ki, Lionel Messinin formasını geyindiyi "İnter Mayami" doğma meydanda "Naşvil"i qəbul edib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsilə nəticələnib.
Mayami təmsilçisinin ulduzu Lionel Messi dubl edərək komandasına MLS-də növbəti 3 xalı qazandırıb.
Bu qələbə ilə xallarının sayını 38-ə yüksəldən "İnter Mayami" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

https://qelebe.az//uploads/photo/messi-dubl-etdi-komandasi-qelebe-qazandi-video.webp