Ceko rəsmən "Fiorentina"da

Ceko rəsmən "Fiorentina"da

“Fənərbaxça” ilə yollarını ayıran Edin Cekonun karyerasını davam etdirəcəyi klub müəyyənləşib.

Apasport.az xəbər verir ki, 39 yaşlı bosniyalı hücumçu “Fiorentina”ya transfer olub.

Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti rəsmi açıqlama yayıb. Təcrübəli forvardla bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ceko daha əvvəl İtaliyada “Roma” və “İnter” klublarının da formasını geyinib.