İspaniya Kubokunun qalibi bəlli olub
İspaniya Kubokunun qalibi müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, həlledici görüşdə Real Sosyedad və Atletiko Madrid komandaları üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. Bu mərhələdə daha dəqiq oynayan “Sosyedad” rəqibini üstələyərək kubokun sahibi olub.
Qeyd edək ki, komanda tarixində 4-cü dəfə bu kuboku qazanıb.

https://qelebe.az//uploads/photo/ispaniya-kubokunun-qalibi-belli-olub.webp