Nəriman oynadı, komandası məğlub oldu

Nəriman oynadı, komandası məğlub oldu

ABŞ-da MLS liqasının Şərq Konfransının VIII turunun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin yer aldığı "Kolambus Kryu” səfərdə "Nyu-Enqland Revolyuşn”la qarşılaşıb.

3 qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub - 2:1.

Nəriman meydana 88-ci dəqiqədə, bütün qollar vurulduqdan sonra daxil olub.

Qeyd edək ki, "Kolambus Kryu" hazırda turnir cədvəlində 6 xalla 12-ci pillədə qərarlaşıb.