"Mingəçevir"in yeni baş məşqçisi: "Məqsəd komandanı çempion etməkdir"

"Mingəçevir"in yeni baş məşqçisi: "Məqsəd komandanı çempion etməkdir"

I Liqa təmsilçisi "Mingəçevir"in məqsədi Azərbaycan çempionu olmaqdır.

"QELEBE.AZ" xəbər verir ki, bunu komandanın baş məşqçi postuna yeni təyin olunan Ramiz Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

O, rəhbərliyə etimada görə təşəkkür edib:

"Klub rəhbərliyinə təşəkkür edirəm ki, etimad göstərərək dəvət göndərdilər. Onların güvənini doğrultmağa çalışacağıq. Mingəçevir mənim üçün doğma şəhərdir. Burada futbola başlamışam, oyunçu-məşqçi, kapitan olmuşam. Üstəlik, Mingəçevirdə iki dəfə final oynamışam. Elə bu gündən qollarımızı çırmayıb işə başlayırıq. İlk növbədə komanda yığmalıyıq. Hər mövqeyə - qapıdan tutmuş hücum xəttinə qədər - oyunçu alınmalıdır. Tanıdığım, təcrübəli və perspektivli futbolçuları dəvət etməyə çalışacağam. Məqsəd "Mingəçevir"i çempion etməkdir. İnşallah, yaxın günlərdə hazırlıq planı qurub hədəfə çatmaq üçün işə başlayacağıq. Bildiyimə görə, çempionat sentyabrda başlayacaq. Yəni vaxtımız var".

Qeyd edək ki, Ramiz Məmmədov "Mingəçevir"in baş məşqçi postunda Füzuli Məmmədovu əvəz edib.

Futbol
"Sürix" klubunun yeni baş məşqçisi bəlli olub

"Sürix" klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
FİFA prezidenti Ukraynada atəşkəsə çağırış edib

FİFA prezidenti Ukraynada atəşkəsə çağırış edib

Futbol
"Mançester Siti" Almaniya klubundan İsveçrə millisinin futbolçusunu transfer edib

"Mançester Siti" Almaniya klubundan İsveçrə millisinin futbolçusunu transfer edib

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Hələ heç nə itirilməyib"

"Qəbələ"nin baş məşqçisi: "Hələ heç nə itirilməyib"

Futbol
"Neftçi" ilə oyun "Sabah" üçün iki yubileylə əlamətdar olub

"Neftçi" ilə oyun "Sabah" üçün iki yubileylə əlamətdar olub

Futbol
2022-ci ilin ən çox maaş alan futbolçusu açıqlanıb

2022-ci ilin ən çox maaş alan futbolçusu açıqlanıb

Futbol
Azərbaycan millisi səfərdə Moldovaya qalib gəlib

Azərbaycan millisi səfərdə Moldovaya qalib gəlib

Futbol
“Mançester Yunayted” satılır

“Mançester Yunayted” satılır

Futbol
Məhəmməd Salah Çempionlar Liqasında iki rekorda imza atıb

Məhəmməd Salah Çempionlar Liqasında iki rekorda imza atıb

Futbol
Avropa Liqası: “Qarabağ” səfərdə Bundesliqanın lideri ilə oynayacaq

Avropa Liqası: “Qarabağ” səfərdə Bundesliqanın lideri ilə oynayacaq

Futbol
Tərlan Əhmədov: "Oyunun sonlarına yaxın əsəblər tarıma çəkilmişdi"

Tərlan Əhmədov: "Oyunun sonlarına yaxın əsəblər tarıma çəkilmişdi"

Futbol
Voyislav Stankoviç: “Qışda "Neftçi" daha güclü olacaq"

Voyislav Stankoviç: “Qışda "Neftçi" daha güclü olacaq"