"Fənər"də yeni müqavilə
Türkiyə Super Liqası təmsilçilərindən "Fənərbaxça" Ceyden Ostervolde ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə "sarı-lacivərdlilər"in mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, niderlandlı sol cinah müdafiəçisi 2028-ci ilin yayına kimi bu klubun uğurları üçün çalışacaq.
Qeyd edək ki, "Fənər" Ostervoldeni 2023-cü ildə "Parma"dan 6 milyon avro qarşılığında heyətinə qatmışdı. O, İstanbul təmsilçisi ilə çıxış etdiyi 62 rəsmi matçda 2 qolla yadda qalıb.

https://qelebe.az//uploads/photo/quotfenerquotde-yeni-muqavile.webp