Qelebə.az / "Fənər"də yeni müqavilə

"Fənər"də yeni müqavilə

8-07-2025, 13:13

Türkiyə Super Liqası təmsilçilərindən "Fənərbaxça" Ceyden Ostervolde ilə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə "sarı-lacivərdlilər"in mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında razılaşmaya əsasən, niderlandlı sol cinah müdafiəçisi 2028-ci ilin yayına kimi bu klubun uğurları üçün çalışacaq.

Qeyd edək ki, "Fənər" Ostervoldeni 2023-cü ildə "Parma"dan 6 milyon avro qarşılığında heyətinə qatmışdı. O, İstanbul təmsilçisi ilə çıxış etdiyi 62 rəsmi matçda 2 qolla yadda qalıb.

Geri qayıt