"Fənərbağça" Duranı kirayələdi
Türkiyənin "Fənərbağça" klubu yeni mövsümün ilk transferini reallaşdırıb.
"QELEBE.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Con Duranın keçidini rəsmiləşdirib.
O, qarşıdakı bir il ərzində icarə əsasında "sarı-lacivərdlilər"də çıxış edəcək.

https://qelebe.az//uploads/photo/fenerbagcha-durani-kirayeledi.webp











