Elçin Məsiyev Avropa çempionatının final mərhələsinin oyunlarındakı idarəçliyinə münasibət bildirib

Elçin Məsiyev Avropa çempionatının final mərhələsinin oyunlarındakı idarəçliyinə münasibət bildirib

FIFA referisi Elçin Məsiyev iyunda Slovakiyada keçirilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində idarə etdiyi oyunlara münasibət bildirib.

"Report" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, I kateqoriyaya malik 33 yaşlı referi idarəçiliyin yaxşı səviyyədə olduğunu söyləyib.

O, UEFA-nın komitə üzvlərinin onların idarəçiliyi haqqında pozitiv fikirlər səsləndirdiklərini qeyd edib:

"Oyunlarda idarəçiliyimiz yaxşı səviyyədə alındı. UEFA-nın oradakı komitə üzvləri pozitiv fikirlər səsləndirdilər. Hətta bu yaxınlarda Bakıda səfərdə olmuş UEFA Hakimlər Komitəsinin üzvü Byon Kuypers idarə etdiyim Çexiya - İngiltərə oyununu tribunadan izləyib, performansımı dəyərləndiribmiş. Halbuki bizim bundan xəbərimiz olmayıb. Matçdan sonra mənimlə bu barədə söhbət etdi, idarəçiliyimi çox bəyəndiyini, razı qaldığını dedi"

O, final matçına namizəd olduğunu da bildirib:

"Həlledici görüşdə iştirak etməyi çox istəyirdim. Bildiyiniz kimi, final matçını niderlandlı hakim idarə etdi. Niderland millisi isə yarımfinalda məğlub oldu. Niderland yığması finala vəsiqə qazansaydı, çox güman ki, həmin matça təyinat alacaqdım. Əsas odur ki, təəssüratlar yaxşı oldu, uğurlu performansla yadda qaldıq. UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik. Sona qədər bizi orada saxlayıblarsa, bu da yaxşı göstəricidir. İnanıram ki, bu amil karyeramız üçün faydalı olacaq. Bu idarəçiliyin gələcək təyinatlara müsbət təsir edəcəyini düşünürəm. Bizə göstərilən etimadı doğrultmağa və daha yüksək səviyyəli turnirlərə təyinat almağa çalışacağıq. Bu, əsas millilərin Avropa çempionatından sonra qitənin ən böyük ikinci turniridir. Bizə bildirdilər ki, U-21-lərin qitə birinciliyinə təyinat alan hakimlər diqqət mərkəzindədirlər və gələcəkdə əsas yığmalar arasında Avropa çempionatının final mərhələsinə namizədlərdir. Düzdür, həmin səviyyəyə çatmaq üçün hələ müyyən mərhələlərdən keçəcəyik. Əsas sınaqlardan biri Slovakiyadakı turnir idi və bundan üzüağ çıxdıq. Qarşıdakı avrokubok mövsümündə inamlı idarəçiliklə Avropa çempionatına bir addım da yaxınlaşmağa çalışacağıq".

FIFA referisi hədəflərindən danışıb:

"Hər bir hakimin ən böyük arzusu Çempionlar Liqasının final oyununu idarə etməkdir. Mənim də ən böyük hədəfim Çempionlar Liqası, Avropa çempionatı və dünya çempionatına təyinat almaq və bu turnirlərin final oyununu idarə etməkdir. Bilirik ki, bizim kimi ölkələrin nümayəndələri üçün bu, ikiqat çətindir. Ancaq etimadı doğrultmaq və həmin səviyyədə oyunlara təyinat almaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, E.Məsiyev Avropa çempionatında Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarını idarə edib. O, həmçinin 1/4 finalın Almaniya – İtaliya (3:2) və yarımfinalın İngiltərə - Niderland (2:1) matçının ehtiyat hakimi olub.

Futbol
Azərbaycan Kuboku: Daha iki komanda 1/4 finala yüksəlib

Azərbaycan Kuboku: Daha iki komanda 1/4 finala yüksəlib

Futbol
Bundesliqa: "Borussiya” səfərdə "Ayntraxt"a qalib gəlib

Bundesliqa: "Borussiya” səfərdə "Ayntraxt"a qalib gəlib

Futbol
Serbiya və Monteneqro millisinin sabiq futbolçusu 115 kq kokainlə saxlanılıb

Serbiya və Monteneqro millisinin sabiq futbolçusu 115 kq kokainlə saxlanılıb

Futbol
"Mançester Yunayted" Kriştianu Ronaldu ilə müqaviləni pozub

"Mançester Yunayted" Kriştianu Ronaldu ilə müqaviləni pozub

Futbol
“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu “Sabah”a keçməyə yaxındır

“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu “Sabah”a keçməyə yaxındır

Futbol
"Sabah"ın futbolçusu: "Bundan dərs çıxarmalıyıq" - MÜSAHİBƏ

"Sabah"ın futbolçusu: "Bundan dərs çıxarmalıyıq" - MÜSAHİBƏ

Futbol
DÇ-2022: İspaniya - Almaniya matçında hesab açılıb

DÇ-2022: İspaniya - Almaniya matçında hesab açılıb

Futbol
Azərbaycan yığmasına 18 oyunçu çağırılıb

Azərbaycan yığmasına 18 oyunçu çağırılıb

Futbol
"Real Madrid" Portuqaliya millisinin futbolçusunu heyətinə qatmaq istəyir

"Real Madrid" Portuqaliya millisinin futbolçusunu heyətinə qatmaq istəyir

Futbol
AFFA "Sabah"ın futbolçusunu sərt cəzalandırıb

AFFA "Sabah"ın futbolçusunu sərt cəzalandırıb

Futbol
Avropa Liqası: "Qarabağ"ın Fransadakı matçının biletləri satışa çıxarılıb

Avropa Liqası: "Qarabağ"ın Fransadakı matçının biletləri satışa çıxarılıb

Futbol
“Real Madrid” “Barselona”ya 3-1 hesabı ilə qalib gəlib - VİDEO

“Real Madrid” “Barselona”ya 3-1 hesabı ilə qalib gəlib - VİDEO