Azərbaycan millisinin baş məşqçisi: "Avropa çempionatında qazandığımız uğuru EYOF-da təkrarlamaq istəyirik"

Azərbaycan millisinin baş məşqçisi: "Avropa çempionatında qazandığımız uğuru EYOF-da təkrarlamaq istəyirik"

Yeniyetmə oğlan cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Emin İskəndərov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilmiş Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Mütəxəssis bu barədə "QELEBE.AZ"a açıqlama verib.

O, komandanın üç qızıl medalla oğlarlar arasında birinci yeri tutması ilə bağlı danışıb:

"50, 55 və 60 kq çəki dərəcələrində idmançıların uğurlu çıxış edəcəyini gözləyirdik. Anar Quliyev, Rəsul Əlizadə və Zeyd Ələsgərovu çempionluğa namizəd görürdük. 55 kq-da güclü rəqibimiz də var idi. Rusiyalı Aleksey Taptıqin son dünya çempionudur. Qubada keçirilmiş Avropa Kubokunda da qızıl medal əldə edib və finalda Rəsul Əlizadəyə qalib gəlmişdi. Amma bu dəfə yarımfinalda İtaliya təmsilçisinə uduzdu. Rəsul finalda rəqibinə qalib gələrək Avropa çempionu oldu".

E.İskəndərov 50 kq-da Anar Quliyevin komandada ən yaxşı güləşən cüdoçulardan biri olduğunu söyləyib:

"O, Aleksey Toptıqinin kiçik qardaşı İlya Taptıqini məğlub etdi. Şansların bərabər olduğunu düşünürdük, amma Anar rəqibini üstələdi. 60 kq-da Zeyddən də qalibiyyət gözləyirdik. Digər çəkilərdəki idmançıların da ən azı bürünc mükafat əldə edəcəklərinə ümid edirdik. Çox təəssüf ki, birinci görüşdə texniki səhvlərinə görə uduzdular. Öndə olduqları qarşılaşmalarda texniki səhvə görə yenildilər. 81 və +90 kq-da əsas idmançılarımız yarışda iştirak edə bilmədilər. Amin Mehdiyevin (81 kq) ayağında yüngül zədə olduğu üçün onu turnirə aparmamaq qərarına gəldik. Ötən il Avropa ikincisi olan Sübhan Axundov (+90 kq) isə imtahanı ilə əlaqədar Avropa çempionatına gedə bilmədi. Həmin cüdoçuların iştirak etməməsi iki medaldan məhrum olmağımıza səbəb oldu".

Baş məşqçi iyulda eyni şəhərdə Avropa Gənclər Olimpiya Festivalında (EYOF) iştirak edəcəklərini xatırladıb:

"Avropa çempionatında qazandığımız uğuru EYOF-da da təkrarlamaq istəyirik. Burada da yaxşı nəticələr qazanmaq şansımız yüksəkdir. Avqustun sonunda isə Bolqarıstandakı dünya çempionatına yollanacağıq. Avropa çempionatından sonra uşaqlara tapşırıqlarımızı verdik. Avropa çempionatının son olmadığını söylədik. Həmin nəticəni mundialda da təkrarlamaq lazımdır. Əlbəttə, çətindir. Çox gərgin görüşlər keçəcək. Amma hər şey hazırlıqdan asılıdır. Avropa çempionatındakı səhvlərin üzərində çalışacağıq".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında fərdi yarışı 3 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 6 medalla tamamlayıb. Yığmanın heyətində Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq), Zeyd Ələsgərov (60 kq) qızıl, Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) bürünc medal əldə ediblər.

Bu nəticə ilə millimiz medalların əyarına görə ümumi komanda hesabında ikinci, oğlanlar arasında isə birinci yeri tutub.

Fərdi
Naxçıvan Güləş Federasiyasının sədri fəxri ada layiq görülüb

Naxçıvan Güləş Federasiyasının sədri fəxri ada layiq görülüb

Fərdi
Günay Məmmədzadə yeni ilin ilk yarışında qızıl medal qazanıb

Günay Məmmədzadə yeni ilin ilk yarışında qızıl medal qazanıb

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna yekun vurulub, ən güclülər müəyyənləşib

Ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna yekun vurulub, ən güclülər müəyyənləşib

Fərdi
Şəhriyar Məmmədyarov: "Şuşadakı turnirin qalibi olmaq üçün əlimdən gələni edəcəyəm"

Şəhriyar Məmmədyarov: "Şuşadakı turnirin qalibi olmaq üçün əlimdən gələni edəcəyəm"

Fərdi
Asiman Qurbanlı Azərbaycan karatesinin dünyada məşhurluğunun səbəbini açıqlayıb

Asiman Qurbanlı Azərbaycan karatesinin dünyada məşhurluğunun səbəbini açıqlayıb

Fərdi
Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatına yekun vurulacaq

Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatına yekun vurulacaq

Fərdi
Ukraynanı təmsil edən azərbaycanlı karateçi: "Bakıda xeyli dəstək gördüm"

Ukraynanı təmsil edən azərbaycanlı karateçi: "Bakıda xeyli dəstək gördüm"

Fərdi
Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb

Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb

Fərdi
Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Bakıya gələcəklər

Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Bakıya gələcəklər

Fərdi
Zabit Səmədov: "Uduzsam, bu, mənim son döyüşüm olmayacaq"

Zabit Səmədov: "Uduzsam, bu, mənim son döyüşüm olmayacaq"

Fərdi
Azərbaycanın üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Azərbaycanın üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Fərdi
Atıcılıq Federasiyası güllə və stend atıcılığı növləri üzrə yeniyetmələr üçün qəbul elan edib

Atıcılıq Federasiyası güllə və stend atıcılığı növləri üzrə yeniyetmələr üçün qəbul elan edib