Azərbaycan millisinin baş məşqçisi Qazaxıstanda keçirilən beynəlxalq turnirdəki nəticələri dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi Qazaxıstanda keçirilən beynəlxalq turnirdəki nəticələri dəyərləndirib

Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisinin baş məşqçisi Erhan Toker komandanın Qazaxıstanda keçirilən "Airom Cup" beynəlxalq turnirində çıxışına münasibət bildirib.

Mütəxəssis bu barədə “QELEBE.AZ”a açıqlama verib.

Yarışı bürünc medallarla başa vuran komandanın baş məşqçisi ilk matçın çətin keçdiyini söyləyib:

“Avropa çempionatından öncə bizim üçün gözəl hazırlıq turniri oldu. İlk oyun çətin keçdi. Qazaxıstana gecə saatlarında gəldiyimiz üçün səhər istədiyimiz kimi oynaya bilmədik. Sonrakı matçlarda komanda pis deyildi. Xüsusən Gürcüstan təmsilçisi “Kutaisi” ilə görüş çətin oldu. Müdafiədə daha yaxşı idik. Turniri üçüncü pillədə başa vurduq. Əslində, “Kutaisi” komandası yarışı birinci yerdə bitirəcəkdi. Ancaq onları məğlub etdiyimiz üçün Qazaxıstan təmsilçisi çempion oldu”.

O, bəzi basketbolçuların çıxışından razı qaldığını deyib:

“Turnir bitdikdən sonra ilk oynadığımız komanda ilə yoldaşlıq görüşü keçirdik. Rəqib heyətə yaşca daha böyük olan iki oyunçu əlavə etmişdi. Düzdür, məğlub oluq, amma qələbə də qazana bilərdik. Bu oyunun ilk hissəsini pis, ikinci yarısını isə yaxşı keçirdik. Turnirdəki nəticəmiz çox böyük əhəmiyyət kəsb etmir. Avropa çempionatına hazırlaşmağa çalışırıq. Bəzi oyunçulardan məmnunam. Amma bir qədər təcrübə çatmır. Bəzən çox tələsirik və doğru qərarlar verə bilmirik. Müdafiəni daha yaxşı duruma gətirdiyimizi düşünürəm. Avropa çempionatında hər oyunda qələbə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

Qeyd edək ki, "Airom Cup" beynəlxalq turnirində "Barsy Atırau"ya məğlub olan (54:72) Azərbaycan millisi "Auyl Sport" (60:33), "Keepers" (71:16) və "Kutaisi" (58:51) komandalarına qalib gəlib.

Komanda
Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Komanda
“Murov” Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb

“Murov” Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb

Komanda
“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Komanda
Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Komanda
Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq

Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq

Komanda
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

Komanda
Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Komanda
Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Komanda
"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb