Xabi Alonso: "Oyunçu olmaq məşqçi olmaqdan yaxşıdır"
"Real"ın baş məşqçisi Xabi Alonso məşqçilik haqqında fikirlərini bölüşüb.
QELEBE.AZ xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə "Salzburq"la mətbuat konfransından öncə danışıb:
"Məşqçi olmaq stresli işdir, amma təcrübədən həzz almağa çalışıram. İşimi çox bəyənirəm. Baxmayaraq ki, futbolda ən yaxşı şey oyunçu olmaqdır".
İspan futbolçu karyerasını 2017-ci ildə başa vurub, bundan sonra məşqçi karyerasına başlayıb. Mütəxəssis “Bayer”də baş məşqçi kimi uğur qazanıb və iyunun əvvəlində "Real"dan Braziliya millisinə keçən Karlo Ançelottini əvəzləyib.

https://qelebe.az//uploads/photo/xabi-alonso-quotoyunchu-olmaq-meshqchi-olmaqdan-yaxshidirquot.webp