"Araz-Naxçıvan"ın braziliyalı legioneri: "Aris"i təhlil etmək üçün kifayət qədər vaxtımız olacaq"

"Araz-Naxçıvan"ın braziliyalı legioneri: "Aris"i təhlil etmək üçün kifayət qədər vaxtımız olacaq"

"Araz-Naxçıvan" klubunun UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris"i (Yunanıstan) təhlil etmək üçün kifayət qədər vaxtı var.

Bubunu "Report"a Naxçıvan təmsilçisinin futbolçusu Ramon Maçado deyib.

34 yaşlı hücumçu bir neçə gün əvvəl yeni mövsümün hazırlıqlarına başladıqlarını bildirib:

"Bir az istirahət etmək imkanımız oldu. Mövsümün startına tam hazır olmaq üçün yaxşı məşqlər edirik. Yeni oyunçuların uyğunlaşması da çox vacibdir".

Braziliyalı forvard klubla müqaviləsinin müddətini uzatması ilə bağlı danışıb:

"Daha bir il Azərbaycanda olduğum və "Araz-Naxçıvan"la sözləşməni yenilədiyim üçün çox şadam. Ailəm və mən ölkəni çox bəyənirik. Burada çox rahatıq".

Maçado hazırda həm texniki, həm də fiziki hazırlığa kökləndiklərini vurğulayıb:

"Konfrans Liqasındakı rəqib haqqında hələlik heç nə bilmirik. Amma onları təhlil etmək üçün kifayət qədər vaxtımız olacaq".

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək. "Araz-Naxçıvan" ilk görüşü evdə, cavab matçını səfərdə keçirəcək.

Futbol
Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb

Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"a afərin!"

"Nant"ın baş məşqçisi: "Qarabağ"a afərin!"

Futbol
İnfantino yenidən FİFA prezidenti seçiləcək

İnfantino yenidən FİFA prezidenti seçiləcək

Futbol
"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə edib

"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə edib

Futbol
Elxan Məmmədova Xorvatiya millisinin forması hədiyyə olunub

Elxan Məmmədova Xorvatiya millisinin forması hədiyyə olunub

Futbol
Azərbaycan Premyer Liqasının oyunundan sonra baş məşqçi ilə futbolçu dalaşıb

Azərbaycan Premyer Liqasının oyunundan sonra baş məşqçi ilə futbolçu dalaşıb

Futbol
"Barselona"nın futbolçusu ərəb klubuna keçir

"Barselona"nın futbolçusu ərəb klubuna keçir

Futbol
"Milan" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

"Milan" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

Futbol
Azərbaycanın FIFA referisi Braziliyanın oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Braziliyanın oyununa təyinat alıb

Futbol
FIFA prezidenti: "Üç saat pivə içməsən, sənə heç nə olmayacaq"

FIFA prezidenti: "Üç saat pivə içməsən, sənə heç nə olmayacaq"

Futbol
Mbappe isinmə hərəkəti zamanı azarkeşi vurub, izləyici huşunu itirib

Mbappe isinmə hərəkəti zamanı azarkeşi vurub, izləyici huşunu itirib

Futbol
AFFA rəsmisi: “Özüm də adımı siyahıda bir qədər əvvəl gördüm”

AFFA rəsmisi: “Özüm də adımı siyahıda bir qədər əvvəl gördüm”