Azərbaycan Premyer Liqasının oyunundan sonra baş məşqçi ilə futbolçu dalaşıb

Azərbaycan Premyer Liqasının oyunundan sonra baş məşqçi ilə futbolçu dalaşıb

Azərbaycan Premyer Liqasında IV turun "Səbail" - "Kəpəz" oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Mahmud Qurbanov və qonaq komandanın futbolçusu Rauf Əliyev arasında münaqişə baş verib.

"Report"un məlumatına görə, əlbəyaxa dava həddinə çatan olaya polislər müdaxilə etməli olub. Tərəfləri çətinliklə ayırmaq mümkün olub. Oyunun 69-cu dəqiqəsində isə baş hakim Tural Qurbanov 33 yaşlı hücumçunun təhqirə yol verdiyini bildirərək, onu meydandan qovub. Final fitindən sonra futbolçu baş məşqçiyə üzünü tutaraq, "Söyüş söydüyümü baş hakimə sən çatdırmısan", - deyərək, onunla dalaşıb.

Görüşün ardından təşkil olunan mətbuat konfransında Qurbanov Əliyevin davranışını anlayışla qarşıladığını bildirib: "Əslində Raufu başa düşmək olar. Çünki komandası uduzub, özü isə qırmızı vərəqə alıb. O, hələ işin nə yerdə olduğunu bilmir. Digər tərəfdən, Əliyev mövsümlərarası fasilə müddətində çox istəyirdi ki, "Səbail"də qalsın. Lakin mən onun qalmamasını qərara aldım. Çox güman ki, bundan incik düşüb, işin içini bilməyə-bilməyə nə isə artıq-əksik danışmaq istəyir. Eybi yox".

51 yaşlı mütəxəssis futbolçu ilə aralarında əlbəyaxa davanın baş vermədiyini iddia edib: "Xeyr, orada heç nə yox idi. Bir anlaşılmazlıq olmuşdu. Polisin naryad çağırma səbəbini bilmirəm. Heç bir davamız da yox idi".

"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə isə futbolçusunun hərəkətindən xəbərsiz olduğunu söyləyib: "Harada? Rauf? Mən görmədim. Deyirsiz, mən də sizdən eşidirəm. Paltardəyişmə otağında da belə bir şey görmədim. Oyun bitdi, uduzduq. Rəqib komandanı təbrik edirəm. Mahmud Qurbanov da bizim həmkarımızdır, Azərbaycanın tanınmış futbolçusu olub, hazırda gənc baş məşqçilərimizdəndir. Siz dediniz, mən də araşdıraram. Oyundan sonra belə halların baş verməsi xoşagəlməzdir. Özündən böyüyə qarşı hansısa hərəkət edibsə, ona yaraşdırmıram".

Qeyd edək ki, oyun "Səbail"in qələbəsi ilə başa çatıb - 4:1.

Futbol
"Qarabağ"ın rəqibinin baş məşqçisi istefaya göndərilə bilər

"Qarabağ"ın rəqibinin baş məşqçisi istefaya göndərilə bilər

Futbol
"Qəbələ" ardıcıl 2-ci məğlubiyyətini alıb

"Qəbələ" ardıcıl 2-ci məğlubiyyətini alıb

Futbol
Ayxan Abbasov: “Durumumuz yaxşı deyil”

Ayxan Abbasov: “Durumumuz yaxşı deyil”

Futbol
Fərid Qayıbov: "Qarabağ" və milli komanda bizi sevindirdi"

Fərid Qayıbov: "Qarabağ" və milli komanda bizi sevindirdi"

Futbol
Kadinin Rusiya klubuna keçidi baş tutmaya bilər

Kadinin Rusiya klubuna keçidi baş tutmaya bilər

Futbol
AFFA rəsmisi: “Özüm də adımı siyahıda bir qədər əvvəl gördüm”

AFFA rəsmisi: “Özüm də adımı siyahıda bir qədər əvvəl gördüm”

Futbol
“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatıb

“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatıb

Futbol
Uduzmayan komandaların siyahısında dəyişiklik, "14-lük"də "Qarabağ" da yer alıb

Uduzmayan komandaların siyahısında dəyişiklik, "14-lük"də "Qarabağ" da yer alıb

Futbol
Messi dünya rekordunu təkrarlayıb

Messi dünya rekordunu təkrarlayıb

Futbol
Canni de Byazi: “Rəqabət aparmaq üçün fədakarlıq etməliyik”

Canni de Byazi: “Rəqabət aparmaq üçün fədakarlıq etməliyik”

Futbol
İbrahimoviç: “Fransanın mənə ehtiyacı var, mənə Fransa lazım deyil”

İbrahimoviç: “Fransanın mənə ehtiyacı var, mənə Fransa lazım deyil”

Futbol
Sinişa Mixayloviç vəfat edib

Sinişa Mixayloviç vəfat edib