Sərbəst güləş üzrə yığmanın böyük məşqçisi: Qələbələrimizi şəhidlərimizin ruhuna həsr edirik

Sərbəst güləş üzrə yığmanın böyük məşqçisi: Qələbələrimizi şəhidlərimizin ruhuna həsr edirik

Qələbələrimizi şəhidlərimizin ruhuna həsr edirik. Bizim hər qələbəmiz şəhidlərimizə həsr olunur.

"QELEBE.AZ" xəbər verir ki, bunu Şimali Makedoniyanın paytaxtı Skopyedəki U-17 Avropa çempionatında qələbə qazanan sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi Əsgərxan Novruzov jurnalistlərə açıqlamasında deyib.

"Ermənistan komandası 48 kq çəki dərəcəsində çox güclü idi. Bu komanda ilə 6 görüş keçirdik, onların beşində qələbə qazandıq", - böyük məşqçi bildirib.

Ə.Novruzov keçən il olduğu kimi, bu il də çempion olduqlarını xatırladıb:

"Keçən il olduğu kimi, məqsədimiz çempion olmaq idi. Bilirsiniz ki, komanda Avropa çempionu olmuşdu. İstəyirdik ki, ardıcıllıq davam etsin. İlk dəfə 2022-ci ildə komanda çempion oldu, 2023-cü ildə isə bir xal qaçırdıq. Bu il vəziyyət çətin idi. Ukrayna komandası ilə son ana qədər mübarizə apardıq. Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplantısı keçmişdik. Federasiyaya, Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə bu şəraiti yaratdığı üçün təşəkkür edirik".

Qeyd edək ki, Azərbaycanın yeniyetmələrdən ibarət sərbəst güləş millisi Avropa çempionu olub. Azərbaycan yığması qitə birinciliyində uğurlu cıxış edərək 6 medal qazanıb. Məsul yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edilib. Bu nəticə ilə 151 xal toplayan millimiz növbəti dəfə Avropa çempionu olub. Ukrayna 144 xalla ikinci, Gürcüstan isə 116 xalla üçüncü yeri tutub.

Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq) və Səid Paşayev (92 kq) qızıl, Həsən Həsənov (60 kq) gümüş, Ramal Mirhüseynov (51 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.

Fərdi
Antonio Espinos: "Bakıdakı yarış ilin son Premyer Liqa turniri olacaq"

Antonio Espinos: "Bakıdakı yarış ilin son Premyer Liqa turniri olacaq"

Fərdi
Stolüstü tennisçilər arasında ölkə kubokuna start verilib

Stolüstü tennisçilər arasında ölkə kubokuna start verilib

Fərdi
AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib

AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu yenidən artırılıb

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu yenidən artırılıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

Fərdi
Fərid Qayıbov: "Şuşadakı şahmat turnirinin davamlı olmasını istəyirik"

Fərid Qayıbov: "Şuşadakı şahmat turnirinin davamlı olmasını istəyirik"

Fərdi
Azərbaycanın daha üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Azərbaycanın daha üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Fərdi
Dünya çempionatı: Rafiq Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb

Dünya çempionatı: Rafiq Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb

Fərdi
Fərid Qayıbov: “Ötən il bütün tapşırıqları yerinə yetirə bildik”

Fərid Qayıbov: “Ötən il bütün tapşırıqları yerinə yetirə bildik”

Fərdi
Lənkəranda stolüstü tennis yarışı keçirilib

Lənkəranda stolüstü tennis yarışı keçirilib

Fərdi
Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

Fərdi
Eldəniz Əzizli: "Uzun illərdir güləşdəyəm, artıq yorulmuşam"

Eldəniz Əzizli: "Uzun illərdir güləşdəyəm, artıq yorulmuşam"