AFFA-da klub nümayəndələri ilə görüş keçirilib
AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları ilə akademiyalar, təhsil məktəbləri və idman məktəblərinin komandalarının nümayəndələri və koordinatorları arasında görüş keçirilib.
QELEBE.AZ xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan görüşdə liqalarda başa çatmaqda olan mövsüm və 2025/2026-cı illər mövsümünə dair fikir mübadiləsi aparılıb, təkliflər müzakirə olunub.
Klublar tərəfindən təqdim olunan təkliflərin nəzərdən keçiriləcəyi, məqsədəuyğun hesab edilənlərin növbəti mövsüm tətbiqi məsələsinə baxılacağı bildirilib.

https://qelebe.az//uploads/photo/affa-da-klub-numayendeleri-ile-gorush-kechirilib.webp