Maksim Medvedev: “Macarıstana qalib gəlmək üçün milli üzvləri bacardıqlarını yüz faiz ortaya qoymalıdırlar”

Maksim Medvedev: “Macarıstana qalib gəlmək üçün milli üzvləri bacardıqlarını yüz faiz ortaya qoymalıdırlar”

Bu gün keçiriləcək yoldaşlıq görüşündə Macarıstana qalib gəlmək üçün Azərbaycan millisinin futbolçuları bacardıqlarını yüz faiz ortaya qoymalıdırlar.

Bunu “Report”a yığmanın sabiq kapitanı Maksim Medvedev deyib.

O, Macarıstan yığmasının açıq futbol oynayacağını düşünür:

“Macarıstanın heyətində daha səviyyəli futbolçular var. Ona görə də çox diqqətli, əzmkar, soyuqqanlı olmalıyıq. Bizim futbolçular da təcrübəlidirlər, əksəriyyəti Avropa səviyyəsində oynayıblar. Minimum səhv etsələr, meydanda bir-birilərini başa düşsələr, nəticə qazanmaq mümkün olacaq. Oyundan da çox şey asılıdır. Bəzən alınır, ortaya yaxşı nəticə çıxır. Bəzən də, rəqibin zəif olmasına baxmayaraq, oyun alınmır. Burada baş məşqçinin də rolu çox önəmlidir. Necə strategiya quracaq, futbolçuları hansı şəkildə oynadacaq... Oyunçular da məsuliyyətli olmalı, baş məşqçinin tapşırıqlarını yerinə yetirməli və qalib gəlmək üçün bacardıqlarını 100 faiz ortaya qoymalıdırlar”.

M.Medvedev mövqelər üzrə maksimum diqqətli olmağın vacibliyini bildirib:

“Macarıstan yığmasının son oyunlarına baxmamışam. Heç bilmirəm ki, hazırda heyətdə kimlər çıxış edir. Oynadığım dönəmlərdən bilirdim ki, həmişə ən yaxşı səviyyədə olan komandadır. Onlara qarşı oynamaq çox çətindir. Çünki fiziki cəhətdən güclü, sürətli, texnikalı futbolçuları var. Ona görə də hər epizodlarda, mövqelər üzrə diqqətli olmalıyıq. Çünki belə rəqibə bir az şans versən, boşluq buraxsan, səni cəzalandıracaq”.

Sabiq müdafiəçi iyunun 7-də Latviya ilə baş tutan yoldaşlıq görüşünün nəticəsini də səyərləndirib:

“Latviya ilə oyundan öncə heyətlərə və sistemə baxdım. Hər iki komandanın müdafiə futbolu seçdiyi görünürdü: biri 5-4-1, digəri 5-3-2 sisteminə üstünlük vermişdi. Komandalar bir-birindən bir az çəkinirdilər. Heç biri açıq futbol oynamağa risk etmirdi. Ona görə də oyun daha qapalı, intensivlik də aşağı idi. Yığmanın əsasən uzun ötürmələrə üstünlük verdiyini gördük. Ancaq bəzi tapşrıqlar qapalı oyun səbəbindən alınmırdı. Düzdür, qalib gələ bilərdik, amma heç-heçə oynadıq. Latviya millisi ilə heç-heçə sevindirici olmasa da, üzücü də deyildi. Çünki səfər oyunu idi”.

Qeyd edək ki, Azərbaycan - Macarıstan matçı bu gün “Liv Bona Dea Arena”da, saat 20:00-da start götürəcək. Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv iyunun 7-də səfərdə Latviya ilə yoldaşlıq matçında qolsuz heç-heçə edib.

Futbol
Azərbaycan çempionu 5 əcnəbi oyunçusu ilə yollarını ayırıb

Azərbaycan çempionu 5 əcnəbi oyunçusu ilə yollarını ayırıb

Futbol
AFFA Canni De Byazi ilə müqaviləni uzadıb

AFFA Canni De Byazi ilə müqaviləni uzadıb

Futbol
2022-ci ilin ən bahalı futbolçu transferləri açıqlanıb

2022-ci ilin ən bahalı futbolçu transferləri açıqlanıb

Futbol
Ayxan Abbasov: “Durumumuz yaxşı deyil”

Ayxan Abbasov: “Durumumuz yaxşı deyil”

Futbol
"Qarabağ" mərkəzi oyunda ciddi itki ilə üzləşib

"Qarabağ" mərkəzi oyunda ciddi itki ilə üzləşib

Futbol
AFFA rəsmisi "Trabzonspor"un oyununa təyinat alıb

AFFA rəsmisi "Trabzonspor"un oyununa təyinat alıb

Futbol
Joze Mourinyo futbolçulardan birinə "Roma"dan ayrılmağı tövsiyə edib

Joze Mourinyo futbolçulardan birinə "Roma"dan ayrılmağı tövsiyə edib

Futbol
Fabio Kannavaro İtaliya klubunun baş məşqçisi olacaq

Fabio Kannavaro İtaliya klubunun baş məşqçisi olacaq

Futbol
DÇ-2022: Açılış oyununda hesab açılıb

DÇ-2022: Açılış oyununda hesab açılıb

Futbol
Türkiyədəki futbol matçında qapıçıya hücum olub, oyun yarımçıq qalıb

Türkiyədəki futbol matçında qapıçıya hücum olub, oyun yarımçıq qalıb

Futbol
Argentina 3 qat dünya çempionu olub

Argentina 3 qat dünya çempionu olub

Futbol
Çempionlar Liqası: Mahir Emreli ehtiyatda qalıb, komandası "Milan"a uduzub

Çempionlar Liqası: Mahir Emreli ehtiyatda qalıb, komandası "Milan"a uduzub