“Fənərbaxça” İdman Direktoru ilə yollarını ayırdı
Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” klubu İdman Direktoru Mario Branko ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə “sarı-lacivərdlilər”in mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən, müqaviləyə xitam verilib.
Qeyd edək ki, Branko 2023-cü ildən etibarən bu vəzifədə çalışırdı.

https://qelebe.az//uploads/photo/fenerbaxcha-idman-direktoru-ile-yollarini-ayirdi.webp