Azərbaycan millisinin baş məşqçisi: "Dünya Seriyasının yekununda yaxşı nəticə əldə etmək istəyirik"

Azərbaycan millisinin baş məşqçisi: "Dünya Seriyasının yekununda yaxşı nəticə əldə etmək istəyirik"

Çimərlik güləşi üzrə Azərbaycan millisi Dünya Seriyasının növbəti dörd mərhələsində də iştirak edərək yekunda yaxşı əldə etməyi planlaşdırır.

Bu barədə "Report"a yığmanın baş məşqçisi Oyan Nəzəriani açıqlama verib.

Mütəxəssis Xorvatiyanın Poreç şəhərində Dünya Seriyasının 2-ci mərhələsində bir qızıl və bir gümüş medal qazanmaları ilə bağlı fikirlərini bölüşüb:

"Bürünc mükafat əldə edən 19 yaşlı güləşçimiz Vüsal Əliyev (80 kq) gənc yaşına baxmayaraq çox yaxşı çıxış etdi. O, yarımfinalda sərbəst güləşdə Avropa çempionu olmuş ukraynalı Vasil Mixaylova uduzdu. Həmin görüşü də yaxşı təsir bağışlamışdı. Xırda səhvə görə finala vəsiqə yüksələ bilmədi. Ümid edirəm ki, növbəti turnirlərdə də nəticələr qazanacaq və ölkəmizi layiqincə təmsil edəcək. Bu çəkidə kifayət qədər güclü idmançılar var idi. Bu qədər titullu güləşçinin arasında Vüsalın bürünc medal əldə etməsi məni sevindirir".

O, qızıl mükafat qazanan İbrahim Yusubovun (90 kq) gözləntiləri doğrultduğunu vurğulayıb:

"Birinci mərhələdə iştirak etməməmişik. Buna görə xal baxımından digər komandalardan bir az geri ola bilərik. Amma növbəti dörd mərhələnin hamısında iştirak edərək yekunda yaxşı nəticə əldə etməyi planlaşdırırıq".

Qeyd edək ki, Dünya Seriyasının 3-cü mərhələsi 6-7 sentyabrda Mərakeşin Kasablanka şəhərində keçiriləcək.

Fərdi
Meksika Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürüb

Meksika Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürüb

Fərdi
Avropa çempionatı: Azərbaycanın cüdo millisi bu gün Avstriya ilə üz-üzə gələcək

Avropa çempionatı: Azərbaycanın cüdo millisi bu gün Avstriya ilə üz-üzə gələcək

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

Fərdi
Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır

Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır

Fərdi
Azərbaycan taekvondoçusu Avropa ikincisi olub

Azərbaycan taekvondoçusu Avropa ikincisi olub

Fərdi
FIDE reytinqi: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeyi dəyişməz qalıb

FIDE reytinqi: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeyi dəyişməz qalıb

Fərdi
AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

Fərdi
"Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşib - YENİLƏNİB

"Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşib - YENİLƏNİB

Fərdi
Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

Fərdi
Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

Fərdi
Mahir Məmmədov: "Şuşadakı turniri ənənəvi etməmək hüququmuz yoxdur"

Mahir Məmmədov: "Şuşadakı turniri ənənəvi etməmək hüququmuz yoxdur"