Rafinya 4 göstərici üzrə Çempionlar Liqasının ən yaxşısıdır
"Barselona"nın vingeri Rafinya Çempionlar Liqasında möhtəşəm mövsüm keçirib.
QELEBE.AZ xəbər verir ki, Rafinya liqaya 13 qolla başçılıq edir. Həmçinin o, 9 asistlə ÇL-in ən çox məhsuldar ötürmə edən futbolçusudur.
Bundan əlavə, braziliyalı yaradılan dəqiq qol imkanlarına görə birincidir (13), yaradılan şansların ümumi sayına görə isə PSJ-nin futbolçusu Usman Dembele (hər biri 39) ilə birinci yeri bölüşür.
Qeyd edək ki, "Barsa" ÇL-in yarımfinalında Milanın "İnter"inə məğlub olub - 7:6.

https://qelebe.az//uploads/photo/rafinya-4-gosterici-uzre-chempionlar-liqasinin-en-yaxshisidir.webp