Qelebə.az / Rafinya 4 göstərici üzrə Çempionlar Liqasının ən yaxşısıdır

Rafinya 4 göstərici üzrə Çempionlar Liqasının ən yaxşısıdır

2-06-2025, 07:57

"Barselona"nın vingeri Rafinya Çempionlar Liqasında möhtəşəm mövsüm keçirib.

QELEBE.AZ xəbər verir ki, Rafinya liqaya 13 qolla başçılıq edir. Həmçinin o, 9 asistlə ÇL-in ən çox məhsuldar ötürmə edən futbolçusudur.

Bundan əlavə, braziliyalı yaradılan dəqiq qol imkanlarına görə birincidir (13), yaradılan şansların ümumi sayına görə isə PSJ-nin futbolçusu Usman Dembele (hər biri 39) ilə birinci yeri bölüşür.

Qeyd edək ki, "Barsa" ÇL-in yarımfinalında Milanın "İnter"inə məğlub olub - 7:6. 

Geri qayıt