"Qarabağ" - "Sabah" matçına 5000-dən çox bilet satılıb
"Qarabağ"la "Sabah" arasında keçiriləcək Azərbaycan Kubokunun final matçına 5000-dən çox bilet satılıb.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.

https://qelebe.az//uploads/photo/quotqarabagquot-quotsabahquot-matchina-5000-den-chox-bilet-satilib.webp