Azərbaycan millisinin baş məşqçisi: "Azarkeşlərin dəstəyi sayəsində qələbə qazandıq"

Azərbaycan millisinin baş məşqçisi: "Azarkeşlərin dəstəyi sayəsində qələbə qazandıq"

Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev dünya çempionatının qrup mərhələsinin son matçında Mavritaniya üzərində qələbə qazandıqları oyunu dəyərləndirib.

“Report” xəbər verir ki, mütəxəssis komandaya oyunlar zamanı dəstək olanlara təşəkkürünü bildirib.

O, futbolçuların yaxşı oyun göstərdiklərini vurğulayıb:

“Bizə dəstək göstərən xalqımıza təşəkkür edirəm. Sağ olsunlar, əziyyət çəkib arenaya gəlirlər və sona qədər dəstəklərini əsirgəmirlər. Bunun sayəsində qələbə qazandıq. Çətin oyun idi, səbrlə, sona qədər rəqibin müdafiəsini zərərsizləşdirməyə çalışdıq. Matçın bitməsinə az qalmış qol vurmaq bizə nəsib oldu. Uşaqlar yaxşı oyun göstərdilər”.

E.Quliyev rəqiblərin Azərbaycan yığmasına qarşı müdafiə futbolu sərgilədiyini söyləyib:

“Oyunlar getdikcə daha da çətinləşir. Çünki rəqiblər də digər komandaları təhlil edirlər. Rəqiblər bizə qarşı açıq futbol sərgiləmir, müdafiədən oynayırlar. Belədə artıq güc itiririk və bizim üçün çətin olur. Növbəti mərhələdə rəqiblərimiz müəyyənləşəndən sonra təhlil edib hazırlaşcağıq. Futboldu, kimsə qalib gəlməlidir. Daha yaxşı hazırlaşmalıyıq”.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsinin son turunda Mavritaniyanı 2:0 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb.

Futbol
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilə bilər

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilə bilər

Futbol
Xavi Zidanın rekordunu geridə qoyub

Xavi Zidanın rekordunu geridə qoyub

Futbol
DÇ-2022: Mərakeş və Portuqaliya millilərinin start heyətləri bəlli olub

DÇ-2022: Mərakeş və Portuqaliya millilərinin start heyətləri bəlli olub

Futbol
Peşəkar Futbol Liqasında yeni departament yaradılıb

Peşəkar Futbol Liqasında yeni departament yaradılıb

Futbol
Şenol Güneş yenidən "Beşiktaş"ın baş məşqçisi ola bilər

Şenol Güneş yenidən "Beşiktaş"ın baş məşqçisi ola bilər

Futbol
Veteran hücumçu: "Azərbaycan millisi ilə oyunda qələbə şansımız azdır"

Veteran hücumçu: "Azərbaycan millisi ilə oyunda qələbə şansımız azdır"

Futbol
"Yuventus"un prezidenti və vitse-prezidenti istafe verib

"Yuventus"un prezidenti və vitse-prezidenti istafe verib

Futbol
"Dinamo"nun baş məşqçisi: "Mahir Emreli sabah heyətdə olacaq"

"Dinamo"nun baş məşqçisi: "Mahir Emreli sabah heyətdə olacaq"

Futbol
"Qarabağ" - "Nant" oyununun VAR hakimləri bəlli oub

"Qarabağ" - "Nant" oyununun VAR hakimləri bəlli oub

Futbol
"Zirə"də əvəzedici komandaya göndərilən futbolçular əfv olunub

"Zirə"də əvəzedici komandaya göndərilən futbolçular əfv olunub

Futbol
Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə yekun vurulub

Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə yekun vurulub

Futbol
"Real Madrid" Mbappeni transfer etmək üçün 1 milyard avro xərcləyə bilər

"Real Madrid" Mbappeni transfer etmək üçün 1 milyard avro xərcləyə bilər