Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə yekun vurulub

Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə yekun vurulub

Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə yekun vurulub.

"QELEBE.AZ"un məlumatına görə, Bakı Tennis Akademiyasında keçirilən medal qarşılaşmalarından öncə Dövlət Himni səsləndirilib və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Binə və Mehdiabad komandaları arasında 3-cü yer uğrunda oyunun əsas vaxtı 1:1 hesabı ilə nəticələnib. Penalti zərbələrində daha dəqiq olan Mehdiabad futbolçuları turnirin bürünc medalına layiq görülüblər.

Final matçından öncə incəsənət ustalarının ifasında musiqi proqramı təşkil olunub. Tanınmış futbolçular Ruslan Abışov, Emil Balayev və Emin Mahmudovun uşaqlar üçün imza sessiyası da olub.

Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında Yeni Suraxanı komandası Sabunçunu 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Turnirin ən yaxşı oyunçusu Rəhim Hüseyn (Yeni Suraxanı), ən yaxşı qapıçısı isə Rinat Ataxanov (Sabunçu) seçiliblər. Yarışın bombardiri mükafatına isə Nicat Qardaşov (Binəqədi, 11 qol) layiq görülüb.

Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azər Əliyev, Bakı Abadlıq Xidmətinin direktor müavini Vüqar Müfid-zadə, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov, AFFA-nın vitse-prezidenti Rauf Əliyev, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev təqdim ediblər.

Mükafatlandırma mərasimində ilk üç yeri tutan komandaların üzvlərinə medal və diplomlar təqdim olunub. Nazir Fərid Qayıbov qalib komandaya turnirin baş mükafatı olan xüsusi kuboku təqdim edib.

Turnirdə iştirak edən bütün uşaqlara “İSMA bikes Azərbaycan” şirkəti tərəfindən velosipedlər təqdim edilib.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyi və Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən yarışlarda Bakının 32 kənd və qəsəbəsinin futbol komandası oktyabrın 8-dən noyabrın 13-dək mübarizə aparıb. 350-dən çox 2010-2011-ci il təvəllüdlü uşaqların qoşulduğu turnirin keçirilməsində əsas məqsəd uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda idmanın kütləviliyinə nail olmaqdır.

Futbol
Azərbaycan komandasının Çempionlar Liqasının 1/4 finalındakı rəqibi müəyyənləşib

Azərbaycan komandasının Çempionlar Liqasının 1/4 finalındakı rəqibi müəyyənləşib

Futbol
Türkiyə klubu onkoloji xəstəliyi olan futbolçunu göndərdiyi üçün cəzalanıb

Türkiyə klubu onkoloji xəstəliyi olan futbolçunu göndərdiyi üçün cəzalanıb

Futbol
"Real Madrid" Ançelotti ilə müqaviləni uzadır

"Real Madrid" Ançelotti ilə müqaviləni uzadır

Futbol
Rusiyalı baş məşqçi Azərbaycanı Ermənistandan üstün tutduğunu açıqlayıb

Rusiyalı baş məşqçi Azərbaycanı Ermənistandan üstün tutduğunu açıqlayıb

Futbol
Tanınmış mütəxəssis "Olimpiakos"un baş məşqçisi ola bilər

Tanınmış mütəxəssis "Olimpiakos"un baş məşqçisi ola bilər

Futbol
Fransa milli komandası Didye Deşamla müqavilə müddətini uzadıb

Fransa milli komandası Didye Deşamla müqavilə müddətini uzadıb

Futbol
Məhəmməd Adıyev: "Azərbaycan millisi ilə oyunda eksperiment aparmayacağıq"

Məhəmməd Adıyev: "Azərbaycan millisi ilə oyunda eksperiment aparmayacağıq"

Futbol
Avstriya - Azərbaycan oyunu üçün bilet satışı təxirə salınıb

Avstriya - Azərbaycan oyunu üçün bilet satışı təxirə salınıb

Futbol
"Qarabağ" hücum bölgəsində ən çox oynayan komandadır

"Qarabağ" hücum bölgəsində ən çox oynayan komandadır

Futbol
"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub

"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub

Futbol
Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib

Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib

Futbol
Qurban Qurbanov: "Çox intizamlı komandaya qarşı oynayacağıq"

Qurban Qurbanov: "Çox intizamlı komandaya qarşı oynayacağıq"