Sloveniya millisi dünya çempionatında Bəhreynə məğlub olub
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda daha bir matç keçirilib.
“QELEBE.AZ” xəbər verir ki, A qrupunda Sloveniya millisi Bəhreynə məğlub olub.
Milli Gimnastika Arenasında baş tutan görüş Bəhreyn komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qrupda yer alan Azərbaycan yığması saat 19:30-da Mavritaniya ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu gün keçirilən digər matçda Özbəkistan yığması Çadı (3:0) məğlub edib.
Foto: Samirə Həsənova

https://qelebe.az//uploads/photo/sloveniya-millisi-dunya-chempionatinda-behreyne-meglub-olub.webp











