Qelebə.az / Sloveniya millisi dünya çempionatında Bəhreynə məğlub olub

Sloveniya millisi dünya çempionatında Bəhreynə məğlub olub

25-05-2025, 14:55

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda daha bir matç keçirilib.

“QELEBE.AZ” xəbər verir ki, A qrupunda Sloveniya millisi Bəhreynə məğlub olub.

Milli Gimnastika Arenasında baş tutan görüş Bəhreyn komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qrupda yer alan Azərbaycan yığması saat 19:30-da Mavritaniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu gün keçirilən digər matçda Özbəkistan yığması Çadı (3:0) məğlub edib.

Foto: Samirə Həsənova

Geri qayıt