Mahir Almaniyada turun rəmzi komandasına düşüb

Mahir Almaniyada turun rəmzi komandasına düşüb

“Nürnberq”də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli II Bundesliqa XXXIV turun rəmzi komandasına düşüb.

Apasport.az xəbər verir ki, “Braunşveyq”lə oyunda (4:0) het-trik edən forvard ən yaxşı “11-liy”ə seçilib.

Mahir sonuncu dəfə “Nürnberq”lə oyuna çıxıb. O, klubla müddəti bitən müqaviləsini yeniləməyəcək.

Emreli bu mövsüm II Bundesliqada 24 oyunda 10 qol vurub.