Niderland çempionatının qalibi müəyyənləşdi
Niderland çempionatında 2024/25 mövsümünün qalibi məlum olub.
QELEBE.AZ xəbər verir ki, sonuncu – 34-cü turda “Sparta”nı məğlub edən PSV çempion adını qazanıb.
Eyndhoven təmsilçisi 3:1 hesablı qələbədən sonra 26-cı dəfə qızıl medalların sahibi olub.
PSV 79 xalla birinci olub və ikinci pillədəki “Ayaks”ı bir xal qabaqlayıb.

https://qelebe.az//uploads/photo/niderland-chempionatinin-qalibi-mueyyenleshdi.webp