Qelebə.az / Niderland çempionatının qalibi müəyyənləşdi

Niderland çempionatının qalibi müəyyənləşdi

19-05-2025, 01:57

Niderland çempionatında 2024/25 mövsümünün qalibi məlum olub.

QELEBE.AZ xəbər verir ki, sonuncu – 34-cü turda “Sparta”nı məğlub edən PSV çempion adını qazanıb.

Eyndhoven təmsilçisi 3:1 hesablı qələbədən sonra 26-cı dəfə qızıl medalların sahibi olub.

PSV 79 xalla birinci olub və ikinci pillədəki “Ayaks”ı bir xal qabaqlayıb.

Geri qayıt