Azərbaycan Velosiped Federasiyasının rəhbərliyi ilə məşqçilər arasında görüş keçirilib

Azərbaycan Velosiped Federasiyasının rəhbərliyi ilə məşqçilər arasında görüş keçirilib

Azərbaycan Velosiped Federasiyasının (AVF) rəhbərliyi ilə ölkənin müxtəlif bölgələrindən olan məşqçilər arasında görüş keçirilib.

"QELEBE.AZ" xəbər verir ki, iclasın əsas məqsədi cari il ərzində federasiyanın qarşısında duran vəzifələrin, prioritet istiqamətlərin və inkişaf perspektivlərinin müzakirəsi, eyni zamanda məşqçilərin fikir və təkliflərinin dinlənilməsi olub.

Görüşü giriş sözü ilə açan AVF-nin I vitse-prezidenti Sahib Ələkbərov yeni mərhələdə velosiped idmanının inkişafı, perspektivli idmançıların aşkara çıxarılması, maddi-texniki bazanın gücləndirilməsi və beynəlxalq yarışların bərpası istiqamətində qarşıya qoyulan əsas hədəflər barədə məlumat verib.

O, həmçinin regionlarda idmanın inkişafı üçün mövcud imkanlardan istifadənin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən məşqçilər bir sıra məsələlərə toxunaraq, xüsusilə velosiped çatışmazlığı, infrastrukturun təkmilləşdirilməsi, idmançıların beynəlxalq təcrübə qazanması üçün xarici təlim-məşq toplanışlarına cəlb edilməsi və məktəblərarası yarışların bərpası ilə bağlı təkliflərini səsləndiriblər.

Görüş zamanı həmçinin “Tour d’Azerbaidjan” yarışının bərpası, peşəkar velosiped komandasının yaradılması, qadın velosipedçilərin sayının artırılması və Qarabağda Velosiped Məktəbinin təsis olunması kimi təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Fərdi
Portuqaliyalı məşqçi: “Azərbaycan gimnastikasında çox gözəl inkişaf gedir”

Portuqaliyalı məşqçi: “Azərbaycan gimnastikasında çox gözəl inkişaf gedir”

Fərdi
Bakıda keçirilən Dünya Kubokunun mükafatlandırma mərasimi olub

Bakıda keçirilən Dünya Kubokunun mükafatlandırma mərasimi olub

Fərdi
Güləş üzrə Dünya Kuboku: Bütün komandaların heyətləri açıqlanıb

Güləş üzrə Dünya Kuboku: Bütün komandaların heyətləri açıqlanıb

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" turnirinin vaxtı dəqiqləşib

"Vüqar Həşimov Memorialı-2022" turnirinin vaxtı dəqiqləşib

Fərdi
Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Fərdi
Azərbaycan boksçularının dünya reytinqindəki yeri bəlli olub

Azərbaycan boksçularının dünya reytinqindəki yeri bəlli olub

Fərdi
Zabit Səmədovun vida döyüş gecəsi üçün çəkiölçmə mərasimi keçirilib

Zabit Səmədovun vida döyüş gecəsi üçün çəkiölçmə mərasimi keçirilib

Fərdi
UFC: Nəriman Abbasovun çəkiölçmə mərasimi keçirilib

UFC: Nəriman Abbasovun çəkiölçmə mərasimi keçirilib

Fərdi
Bakıdakı Dünya Kubokuna qatılacaq dünya yığmasının heyəti açıqlanıb

Bakıdakı Dünya Kubokuna qatılacaq dünya yığmasının heyəti açıqlanıb

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatında lider dəyişməyib

Şahmat üzrə Azərbaycan çempionatında lider dəyişməyib

Fərdi
İslamiada üçün mükafatların verilmə qaydasındakı dəyişikliklər idmançılara necə təsir edəcək?

İslamiada üçün mükafatların verilmə qaydasındakı dəyişikliklər idmançılara necə təsir edəcək?

Fərdi
"Champions Showdown-2022" turniri: Şəhriyar Məmmədyarov 3-cü yeri tutub

"Champions Showdown-2022" turniri: Şəhriyar Məmmədyarov 3-cü yeri tutub