Zabit Səmədovun vida döyüş gecəsi üçün çəkiölçmə mərasimi keçirilib

Zabit Səmədovun vida döyüş gecəsi üçün çəkiölçmə mərasimi keçirilib

Azərbaycanlı kikboksçu, K-1 növündə çıxış edən Zabit Səmədovun Bakıda keçiriləcək vida gecəsi üçün çəkiölçmə mərasimi keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, mərasimdə idmançıların son çəkiləri tərəzi üzərində ölçülüb. Bundan sonra hər döyüş üzrə idmançılar "face-to-face" prosedurunu yerinə yetirib.

Qeyd edək ki, gecənin son döyüşü "Mauqli" ləqəbli Zabit Səmədovla braziliyalı Antonio Silva arasında olacaq. Səmədov bu yarışda çempion olacağı halda, Beynəlxalq Karate və Kikboksinq İdmanı Assosiasiyasının (ISKA) kəmərini qazanacaq. Döyüş gecəsinin iştirakçı cütləri aşağıdakı kimi olacaq.

65 kq Nikita Kostermann (Niderland) – Kübra Aksoy (Türkiyə)

64,5 kq Nuri Kacar (Türkiyə) – Emil Xəlilov (Azərbaycan)

+100 kq Kirill Buler (Almaniya) – Buğra Ərdoğan (Türkiyə)

72,5 kq Kristian Baya (Niderland) – Seyfulla Xambaxadov (Rusiya)

4 nəfərlik təsnifat turniri. 72,5 kq Besmir Helşani (Almaniya) – Andrey Kedveş (Xorvatiya)

4 nəfərlik təsnifat turniri. 72,5 kq Dmitri Filonçik (Belarus) – Ruslan Nağıyev (Azərbaycan)

72,5 kq Alim Nəbiyev (Azərbaycan) – Andrey Ostrovyanu (Rumıniya)

+100 kq Zabit Səmədov (Azərbaycan) – Antonio Silva (Braziliya)

Sentyabrın 10-da keçiriləcək bu yarış Milli Gimnastika Arenasında baş tutacaq. Döyüşlər hər biri 3 dəqiqədən ibarət olmaqla 3 raund üzrə keçiriləcək.

Mix Fight Championship liqası çərçivəsində keçirilən görüşləri Caspian International Broadcasting Company – CBC TV-də Bakı vaxtı ilə saat 21:00-dan etibarən canlı yayımda izləmək mümkün olacaq.

Fərdi
Tokio Olimpiadasında Azərbaycana bürünc medal qazandırmış boksçu Paris-2024-də çəkisini dəyişəcək

Tokio Olimpiadasında Azərbaycana bürünc medal qazandırmış boksçu Paris-2024-də çəkisini dəyişəcək

Fərdi
Fərid Qayıbov: “İslahatlar düşünülmüş şəkildə olmalı, işlər pillə-pillə qurulmalıdır” – MÜSAHİBƏ

Fərid Qayıbov: “İslahatlar düşünülmüş şəkildə olmalı, işlər pillə-pillə qurulmalıdır” – MÜSAHİBƏ

Fərdi
Bakıda beynəlxalq tennis turniri keçiriləcək

Bakıda beynəlxalq tennis turniri keçiriləcək

Fərdi
Azərbaycan karateçisi Türkiyədə beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycan karateçisi Türkiyədə beynəlxalq turnirdə finala yüksəlib

Fərdi
Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilir

Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilir

Fərdi
Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Fərdi
Azərbaycan millisinin cüdoçusu dünya çempionatında iştirak etməyəcək

Azərbaycan millisinin cüdoçusu dünya çempionatında iştirak etməyəcək

Fərdi
“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

Fərdi
Britaniyalı bir ildə 365 marafonda iştirak edib

Britaniyalı bir ildə 365 marafonda iştirak edib

Fərdi
Ronaldu Almaniyanın “Bavariya” klubuna keçə bilər

Ronaldu Almaniyanın “Bavariya” klubuna keçə bilər

Fərdi
Azərbaycan Qış İdman Növləri Federasiyasının akkreditasiyası təsdiqlənib

Azərbaycan Qış İdman Növləri Federasiyasının akkreditasiyası təsdiqlənib

Fərdi
Zəngilanda "Zəfər Yürüşü" turnirində duatlon yarışının qalibi bəlli olub

Zəngilanda "Zəfər Yürüşü" turnirində duatlon yarışının qalibi bəlli olub