Albaniya çempionu olan futbolçu: "Avropa klublarında Azərbaycanı təmsil etmək gözəl hissdir" - MÜSAHİBƏ

Albaniya çempionu olan futbolçu: "Avropa klublarında Azərbaycanı təmsil etmək gözəl hissdir" - MÜSAHİBƏ

"Eqnatiya" klubunun heyətində Albaniya çempionu olan Zamiq Əliyev "Report"a müsahibə verib. Azərbaycan millisinin müdafiəçisi çempionluq təəssuratlarından və ölkəni Avropada qürurla təmsil etməsindən danışıb. O, həmçinin Azərbaycan və Albaniyanın futbol çempionatlarını müqayisə edib.

- "Eqnatiya"nın heyətində Albaniya çempionu oldunuz, təəssüratlarınız necədir?

- Hisslərimi sözlə ifadə etmək çətindir. Həqiqətən möhtəşəm an yaşadım. İlk dəfə Avropa təcrübəsi yaşadığım dövrdə mövsümü 2 kubokla başa vurmaq çox xoş oldu. Azərbaycan bayrağını başqa ölkədə ucaltmaq əla hissdir.

- Ötən il olduğu kimi, bu mövsüm də uğurlu çıxış edəcəyinizə inanırdınız?

- Əlbəttə ki, inanırdıq. Cari mövsüm qızıl medallara iddialı idik. Şükürlər olsun ki, titulumuzu qorumağı bacardıq. Çempion olmasaydıq, bu, sürpriz olardı.⁠

- Bir neçə azərbaycanlı futbolçu Albaniya çempionatında çıxış etsə də, əksər hallarda klublarından narazılıqla ayrılıblar. Sizcə, bunun səbəbi nədir?

- Vallah, bu barədə nəsə demək çətindir. Səbəbi bilmək üçün orada olmaq lazımdır.

- Misli Premyer Liqası ilə Albaniya çempionatını müqayisə etsək, hansı fərqləri görərik?

- Əvvəla, onu deyim ki, iki çempionat arasında böyük fərq yoxdur. Bəziləri Albaniya çempionatının Premyer Liqadan zəif olduğunu düşünür. Mən bununla razı deyiləm. Albaniyada daha sərt mübarizəyə, bizim ölkədə isə texnikalı futbola üstünlük verilir. Bir də Azərbaycanda stadionlar daha yaxşıdır. Gördüyüm qədər fərqlər bunlardır. Lakin hansısa çempionatı digərindən fərqləndirə bilmərəm.

- Albaniya çempionatında mövsüm başa çatdı. Planlarınız nədən ibarət olacaq?

- "Eqnatiya" ilə 3 illik müqavilə imzalamışdım. Ona görə sözləşməm davam edir.

- Avropanın başqa klublarında çıxış etmək barədə dünüşürsünüz?

- Əlbəttə, daha böyük çempionatlarda oynamaq arzum var. İnanıram ki, zamanla istəyimə çatacağam.

- Azərbaycana qayıtmaq ehtimalınız var?

- Belə bir ehtimal hələ ki yoxdur. Gələcək üçün bütün planlarım Avropada oynamaq üzərinə qurulub. İnşallah, işlər düşündüyümüz məcrada davam edər. Avropa klublarında Azərbaycanı təmsil etmək gözəl hissdir. Ümumiyyətlə, legioner həyatı yaşamaq mənə tam uyğun gəlir. Avropada özümü daha rahat hiss edirəm.

- Bir çox futbolçular Avropa klublarına keçdikdən qısa müddət sonra geri dönürlər. Sizcə, bunun səbəbi nədir?

- Bunun bir neçə səbəbi ola bilər. Təbii ki, ən yaxşısını özləri bilirlər. Kimlərinsə əvəzinə danışmaq doğru olmazdı. Bu suala həmin futbolçuların özləri cavab versələr, daha məqsədəuyğun olardı.

- "Eqnatiya"dakı çıxışınızla Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun diqqətini cəlb etməyi bacardınız. Yığmanın növbəti görüşlərində də sizi heyətdə görə biləcəyik?

- Bunun üçün millinin heyətinin açıqlanmasını gözləməliyik. İnanıram ki, adımı həmin siyahıda görə biləcəyəm. Yığmanın şərəfini qorumaq gözəl hissdir.

Futbol
Portuqaliyadan darmadağın, İsrail və Yunanıstan pley-offa vəsiqəni təmin edib

Portuqaliyadan darmadağın, İsrail və Yunanıstan pley-offa vəsiqəni təmin edib

Futbol
Azərbaycan millisinin futbolçusu baş məşqçisiz qalıb

Azərbaycan millisinin futbolçusu baş məşqçisiz qalıb

Futbol
"Liverpul"un hücumçusu dünya çempionatını buraxacaq

"Liverpul"un hücumçusu dünya çempionatını buraxacaq

Futbol
AFFA Rauf Əliyevi uzun müddətli cəzalandırıb

AFFA Rauf Əliyevi uzun müddətli cəzalandırıb

Futbol
Xames Rodriges "Qarabağ"a qarşı oynamaya bilər

Xames Rodriges "Qarabağ"a qarşı oynamaya bilər

Futbol
Emin Mahmudov: "Daha yaxşı oynayıb, çox xal yığa bilərdik"

Emin Mahmudov: "Daha yaxşı oynayıb, çox xal yığa bilərdik"

Futbol
"Mançester Yunayted" "Bornmut"u məğlub edib

"Mançester Yunayted" "Bornmut"u məğlub edib

Futbol
PSJ Messinin DÇ-2022-dəki qələbəni ev oyununda qeyd etməsinə icazə verməyib

PSJ Messinin DÇ-2022-dəki qələbəni ev oyununda qeyd etməsinə icazə verməyib

Futbol
"Mançester Siti" Almaniya klubundan İsveçrə millisinin futbolçusunu transfer edib

"Mançester Siti" Almaniya klubundan İsveçrə millisinin futbolçusunu transfer edib

Futbol
"Neftçi"nin baş məşqçisi Rumıniya yığmasına rəhbərlik edə bilər

"Neftçi"nin baş məşqçisi Rumıniya yığmasına rəhbərlik edə bilər

Futbol
"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

Futbol
Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Türkiyə Kubokunun oyununda əllə qol vurulub