U-15 dünya çempionatı: İspaniya çempion! - YENİLƏNİB
Bu gün Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gəlib.
Qarşılaşma Bakı Kristal Zalında saat 18:00-da start götürüb.
Görüş ispanların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Həmçinin B, C, D, E və F Divizionlarının da qalibləri bəlli olub. Nəticədə bütün pillələrin sahibləri müəyyənləşib.
A Divizionu
Final
18:00. Çexiya - İspaniya 0:3
B Divizionu
Final
Portuqaliya 2 - 5 Zambiya (33-cü yer uğrunda)
C Divizionu
Final
Tunis 0 - 3 Belarus (65-ci yer uğrunda)
D Divizionu
Final
Kanada 2 - 4 Tacikistan (97-ci yer uğrunda)
E Divizionu
Final
Mərkəzi Afrika Respublikası 4 - 1 Banqladeş (129-cu yer uğrunda)
F Divizionu
Final
Yeni Zelandiya 2 - 1 Efiopiya (161-ci yer uğrunda)

https://qelebe.az//uploads/photo/u-15-dunya-chempionati-ispaniya-chempion-yenilenib.webp