Xəzər İsayev: "Azərbaycan beynəlxalq ədalətli oyunlar hərəkatı ilə bağlı proseslərdə fəal iştirak edir"

Xəzər İsayev: "Azərbaycan beynəlxalq ədalətli oyunlar hərəkatı ilə bağlı proseslərdə fəal iştirak edir"

Azərbaycan beynəlxalq ədalətli oyunlar hərəkatı ilə bağlı proseslərdə fəal iştirak edir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev bildirib.

O, 2024-cü ilin yekunlarına həsr olunan mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında ölkədə ədalətli oyunlar baxımından yüksək adlara layiq insanlar olduğunu deyib:

"Ədalətli Oyunlar Komissiyası artıq uzun müddətdir fəaliyyət göstərir. Həm Beynəlxalq, həm də Avropa Ədalətli Oyunlar hərəkatının üzvüyük və bununla bağlı proseslərdə çox fəal iştirak edirik. Artıq Azərbaycanda ədalətli oyunlar baxımından yüksək adlara layiq insanlar var. Fəaliyyətimiz beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Bu il mən "Con Barotta" mükafatına layiq görüldüm. Mükafat bundan əvvəl mərhum nazirimiz Azad Rəhimova, həmçinin MOK-un vitse-prezidenti Çingiz Hüseynova təqdim olunmuşdu. Bu, karyera ilə bağlı Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təsis olunmuş mükafatdır.

X.İsayev planlara toxunub:

"Qaşım Maqomedovun mükafat alması Azərbaycanda aparılan ədalətli idman proseslərinin nəticəsidir. Həm idmançılarımız, həm hakimlərimiz, həm də mütəxəssislərimiz yüksək mükafatlar əldə edirlər. Bu işimizi davam etdirəcəyik. Mayın 19-da Dünya Ədalətli Oyunlar Günüdür. Bununla bağlı tədbirdə də Ədalətli Oyunlar Komissiyası olaraq iştirak edəcəyik".

Qeyd edək ki, bu gün MOK-un inzibati binasında ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi nominasiyasında Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, ədalətli oyun prinsiplərinə sadiq idmançı nominasiyasında Qaşım Maqomedov (taekvondo), ədalətli oyun prinsiplərinə sadiq məşqçi nominasiyasında Tərlan Həsənov (cüdo), ədalətli oyun prinsiplərinə sadiq hakim nominasiyasında Emil Qurbanəliyev (boks) və ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı nominasiyasında "İctimai TV"yə mükafat təqdim olunub.

Fərdi
Lənkəranda stolüstü tennis yarışı keçirilib

Lənkəranda stolüstü tennis yarışı keçirilib

Fərdi
UWW reytinqi: Azərbaycanın 4 güləşçisi ili ilk pillədə başa vurub

UWW reytinqi: Azərbaycanın 4 güləşçisi ili ilk pillədə başa vurub

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Fərdi
Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Fərdi
Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Fərdi
Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Fərdi
Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Fərdi
Elxan Məmmədov: "Fərdi yarışlar zamanı qışqırmaqdan boğazım tutulub"

Elxan Məmmədov: "Fərdi yarışlar zamanı qışqırmaqdan boğazım tutulub"

Fərdi
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala yüksəlməklə medalı təmin edib

Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala yüksəlməklə medalı təmin edib

Fərdi
Federasiya prezidenti Gəncədə cüdo təlim mərkəzinə baxış keçirib

Federasiya prezidenti Gəncədə cüdo təlim mərkəzinə baxış keçirib

Fərdi
Baş məşqçi: "Karatedə Premyer Liqa futboldakı Çempionlar Liqası deməkdir"

Baş məşqçi: "Karatedə Premyer Liqa futboldakı Çempionlar Liqası deməkdir"

Fərdi
Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb

Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb