Maksim Medvedev: "İnter” Çempionlar Liqasının qalibi olmağa daha yaxındır"

Maksim Medvedev: "İnter” Çempionlar Liqasının qalibi olmağa daha yaxındır"

“Qarabağ”ın sabiq futbolçusu Maksim Medvedev UEFA Çempionlar Liqasının yarımfinal matçları və final görüşü ilə bağlı fikirlərini bölüşüb.

O, bu barədə “Report”a açıqlama verib.

M.Medvedev “İnter”in (İtaliya) “Barselona”ya (İspaniya) qarşı çox yaxşı hazırlıq gördüyünü deyib:

“İnter”lə “Barselona” arasında keçirilən ilk oyundan əvvəl çox insan düşünürdü ki, İspaniya klubu mərhələ adlayacaq. Amma oyun göstərdi ki, bu heç də asan olmayacaq. “İnter” rəqibi çox yaxşı təhlil etdi və oyuna hazırlaşdı. Həm də oyun baxımından geridə qalmırdı. “Barselona”da fərdi şəkildə güclü olan futbolçular var. Amma “İnter” kollektiv şəkildə, həm hücumda, həm də müdafiədə çox gözəl oyun göstərdi. Komanda hərtərəfli şəkildə hazır idi. Bu səbəbdən rəqibini üstələyə bildi. İkinci görüş də çox maraqlı alındı. Belə oyunlar təhlillər aparmaq üçün böyük materialdır”.

Sabiq müdafiəçi PSJ (Fransa) və “Arsenal” (İngiltərə) arasında keçirilən digər yarımfinal matçına da toxunub:

“Fransa klubu müəyyən mənada üstün futbol sərgilədi. “Arsenal” kollektiv oyuna baxmayaraq, istədiyinə nail ola bilmədi. PSJ-nin heyətində də fərdi olaraq yaxşı, nəticə verə biləcək futbolçular var. Həm sürət, həm də komanda şəklində bir-birilərini tamamlayırdılar. Düşünürəm ki, bu səbəbdən “Arsenal”ı keçə bildilər”.

Azərbaycan yığmasının sabiq kapitanı PSJ və "İnter" arasında baş tutacaq final matçının maraqlı olacağını gözləyir:

“PSJ ilə “İnter” arasında çox maraqlı final olacaq. Bəlkə də belə finalı çoxları gözləmirdi. “İnter” “Barselona”ya qarşı sərgilədiyi futbolu davam etdirsə, PSJ üçün çətin olacaq. Çünki əks-hücumlara, açıq futbola üstünlük verən komandadır. Fikrimcə, kollektiv oyun göstərən “İnter” UEFA Çempionlar Liqasının qalibi olmağa daha yaxındır. PSJ-nin futbolçuları fərdi şəkildə nəslərsə edərsə, “İnter”in qapısından qol keçirə bilərlər. Hamımız finalı səbirsizliklə gözləyirik. Mən öz fikirlərimi bildirdim, amma komandalar oyuna nə dərəcədə hazır olacaq - bunu zaman göstərəcək. Hər iki komandaya uğurlar arzulayıram. Çempion olmağa layiqdirlər”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinalında iki oyunun nəticəsinə görə “İnter” “Barselona”nı (3:3, 4:3), PSJ isə “Arsenal”ı (1:0, 2:1) məğlub edərək finala yüksəlib. PSJ və “İnter” arasında həlledici qarşılaşma mayın 31-də Almaniyanın Münhen şəhərində baş tutacaq.

Futbol
AVRO-2024: Azərbaycan və Türkiyə millilərinin rəqibləri müəyyənləşib

AVRO-2024: Azərbaycan və Türkiyə millilərinin rəqibləri müəyyənləşib

Futbol
"Neftçi"nin legioneri: "Yeni transfer müdafiə xəttimizə çox kömək edəcək"

"Neftçi"nin legioneri: "Yeni transfer müdafiə xəttimizə çox kömək edəcək"

Futbol
Fransa çempionu 46 yaşında onkoloji xəstəlikdən vəfat edib

Fransa çempionu 46 yaşında onkoloji xəstəlikdən vəfat edib

Futbol
"Olimpiakos"un qapıçısı əməliyyat olunub

"Olimpiakos"un qapıçısı əməliyyat olunub

Futbol
Çempionlar Liqası: "Real Madrid" və PSJ xal itirdi, günün bütün nəticələri

Çempionlar Liqası: "Real Madrid" və PSJ xal itirdi, günün bütün nəticələri

Futbol
"Olimpiakos"un prezidenti koronavirusa yoluxub

"Olimpiakos"un prezidenti koronavirusa yoluxub

Futbol
“Qarabağ”ın futbolçusu 2022-ci ildə dünyanın bombardirləri siyahısına düşüb

“Qarabağ”ın futbolçusu 2022-ci ildə dünyanın bombardirləri siyahısına düşüb

Futbol
"Turan Tovuz" Premyer Liqada qələbə qazanıb

"Turan Tovuz" Premyer Liqada qələbə qazanıb

Futbol
Azərbaycanın FIFA referisi Braziliyanın oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Braziliyanın oyununa təyinat alıb

Futbol
Yurgen Klopp "Liverpul"un sükanı arxasında yubiley oyununa çıxıb

Yurgen Klopp "Liverpul"un sükanı arxasında yubiley oyununa çıxıb

Futbol
Qurban Qurbanov: "Heç vaxt kimisə digərlərindən üstün tutmamışam"

Qurban Qurbanov: "Heç vaxt kimisə digərlərindən üstün tutmamışam"

Futbol
Naxçıvan şəhər stadionunda işıqlandırma sistemi yenilənir

Naxçıvan şəhər stadionunda işıqlandırma sistemi yenilənir