PSJ tarixə düşüb
PSJ klubu Fransa futbolunun tarixinə düşüb.
QELEBE.AZ "Opta"ya istinadən xəbər verir ki, Paris təmsilçisi 1992/1993 mövsümündə formatı dəyişdikdən sonra UEFA Çempionlar Liqasının finalına iki dəfə yüksələn ilk Fransa klubu olub.
PSJ daha əvvəl - 2020-ci ildə almaniyalı məşqçi Tomas Tuxelin rəhbərliyi altında finala yüksəlmişdi.
Qeyd edək ki, PSJ UEFA Çempionlar Liqasının finalında "İnter"lə qarşılaşacaq. Görüş mayın 31-də Münhendə baş tutacaq.

https://qelebe.az//uploads/photo/psj-tarixe-dushub.webp