PSJ yeni formatda keçirilən Çempionlar Liqasının finalına iki dəfə yüksələn ilk Fransa klubu olub

PSJ yeni formatda keçirilən Çempionlar Liqasının finalına iki dəfə yüksələn ilk Fransa klubu olub

PSJ 1992/1993 mövsümündə formatı dəyişdikdən sonra UEFA Çempionlar Liqasının finalına iki dəfə yüksələn ilk Fransa klubu olub.

"Report" “Opta Sport”a istinadən xəbər verir ki, bu turnirin yarımfinalında PSJ və "Arsenal" (İngiltərə) arasında baş tutan cavab qarşılaşmasından sonra reallaşıb.

Paris klubu ötən gün keçirilən görüşdə qələbə qazanaraq iki matçın nəticəsinə (1:0, 2:1) əsasən finala vəsiqə əldə edib.

Daha əvvəl Fransa klublarından "Marsel" (1991, 1993) və "Reyms" (1956, 1959) də finalda oynayıb. Lakin bu, turnirin köhnə formatda keçirildiyi dönəmlərə təsadüf edib.

Beləliklə, Luis Enrikenin baş məşqçisi olduğu komanda XXI əsrdə, eləcə də UEFA Çempionlar Liqasının bütün müasir tarixində Fransa klubları arasında ilkə imza atıb. Parislilər daha əvvəl 2020-ci ildə almaniyalı məşqçi Tomas Tuxelin rəhbərliyi altında finala yüksəlmişdi.

Qeyd edək ki, PSJ UEFA Çempionlar Liqasının finalında "İnter"lə qarşılaşacaq. Görüş mayın 31-də Münhendə baş tutacaq.

Futbol
Almaniya millisinin qapıçısı xərçəng xəstəliyinə görə 3 dəfə əməliyyat olunub

Almaniya millisinin qapıçısı xərçəng xəstəliyinə görə 3 dəfə əməliyyat olunub

Futbol
"Neftçi"nin kapitanı yubiley qoluna imza atıb

"Neftçi"nin kapitanı yubiley qoluna imza atıb

Futbol
Mahir Emreli: "Haqqımda yazılan yalan xəbərlərə alışmışam"

Mahir Emreli: "Haqqımda yazılan yalan xəbərlərə alışmışam"

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "Polşa ilə oyun bizim üçün vacibdir"

Azərbaycan millisinin baş məşqçisi: "Polşa ilə oyun bizim üçün vacibdir"

Futbol
Mbappe Messinin rekordunu qırıb

Mbappe Messinin rekordunu qırıb

Futbol
Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Futbol
İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub

İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub

Futbol
Vild-Donald Gerye: “Qarabağ” bütün rəqiblərinə Bakını cəhənnəmə çevirir”

Vild-Donald Gerye: “Qarabağ” bütün rəqiblərinə Bakını cəhənnəmə çevirir”

Futbol
Fransa Peşəkar Futbol Liqası "Qarabağ"ın rəqibini cəzalandırıb

Fransa Peşəkar Futbol Liqası "Qarabağ"ın rəqibini cəzalandırıb

Futbol
Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Futbol
"Qalatasaray" Azərbaycanı təbrik edib - FOTO

"Qalatasaray" Azərbaycanı təbrik edib - FOTO

Futbol
"Qarabağ"dan ayrılan hücumçu "Sent-Etyen"də debüt edib

"Qarabağ"dan ayrılan hücumçu "Sent-Etyen"də debüt edib