Son 5 ildə ilk dəfə ÇL-in finalında İspaniya və İngiltərə klubları iştirak etməyəcək
Son 5 ildə ilk dəfə Çempionlar Liqasının finalında İspaniya və İngiltərə klubları iştirak etməyəcək.
QELEBE.AZ xəbər verir ki, 2025-ci ildə kubok uğrunda Fransanın PSJ və İtaliyanın “İnter” klubları mübarizə aparacaq.
Sonuncu dəfə bu, 2019/2020 mövsümündə baş verib. Həmin finalda PSJ "Bavariya"ya məğlub olmuşdu - 1:0.
O vaxtdan bəri, hər finalda İspaniya və ya İngiltərədən ən azı bir komanda çıxış edib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının final matçı mayın 31-də Münhendə baş tutacaq.

https://qelebe.az//uploads/photo/son-5-ilde-ilk-defe-chl-in-finalinda-ispaniya-ve-ingiltere-klublari-ishtirak-etmeyecek.webp