Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş idman festivalı keçirilib

Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş idman festivalı keçirilib

Mayın 6-da Bakı şəhəri Səbail rayonu Məmməd Rahim adına 7 saylı tam orta məktəbin təşkilatçılığı ilə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş idman festivalı keçirilib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidməti məlumat yayıb.

MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Fərid Mansurov, MOK-un baş katibi Azər Əliyev, Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Həşimova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinin müvəqqəti icraçısı Nərminə Hüseynova, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin sədri Muxtar Nağıyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Səbail Rayon Komitəsinin sədri Leyla Baxşıyeva və Səbail rayonu Məmməd Rahim adına 7 saylı tam orta məktəbin direktoru Könül Təhməzova iştirak ediblər.

Festival məktəbin hazırladığı stendlərə baxışla başlayıb. Azərbaycan Respublikasının himni səsləndirilikdikdən sonra rəsmi qonaqlar tədbirin proqramını izləyiblər.

Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nərminə Hüseynova ulu öndər Heydər Əliyevin idmana qayğısından danışıb. Bildirib ki, Ümummilli Liderin rəhbərliyi dövründə Azərbaycanda idmanın inkişafı üçün mühüm addımlar atılıb, gənclərin sağlam ruhda böyüməsi daim diqqət mərkəzində olub. Dövlətimizin idman sahəsindəki bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün də uğurla davam etdirilir.

Azərbaycanın milli rəqsləri və musiqi sədaları altında müxtəlif kompozisiyalar səsləndirildikdən sonra Olimpiya məşəli meydana gətirilib.

Məktəb şagirdlərinin yarışı, gimnastların xüsusi çıxışı, gimnastika məktəbi və 7 saylı məktəbin şagirdlərinin çıxışları tədbirə rəng qatıb. Məktəbin şagirdi Musa Muradın musiqili ifası da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Fərdi
Azərbaycan və Serbiya birlikdə avarçəkmə yarışı keçirə bilər

Azərbaycan və Serbiya birlikdə avarçəkmə yarışı keçirə bilər

Fərdi
Bakıda keçiriləcək dünya çempionatının maskot və medalları təqdim olunub

Bakıda keçiriləcək dünya çempionatının maskot və medalları təqdim olunub

Fərdi
Rusiya və Belarus idmançılarının diskvalifikasiya müddəti uzadılıb

Rusiya və Belarus idmançılarının diskvalifikasiya müddəti uzadılıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala çıxıb

Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala çıxıb

Fərdi
Antonio Silva: "Zabit Səmədovun son döyüş üçün məni seçməsi fəxrdir"

Antonio Silva: "Zabit Səmədovun son döyüş üçün məni seçməsi fəxrdir"

Fərdi
Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Fərdi
Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Fərdi
Azərbaycanın 3 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə medal görüşünə çıxacaq

Azərbaycanın 3 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə medal görüşünə çıxacaq

Fərdi
Avropa çempionatı: Azərbaycan taekvondoçusu qızıl medal qazanıb

Avropa çempionatı: Azərbaycan taekvondoçusu qızıl medal qazanıb

Fərdi
Azərbaycan millisinin sabiq güləşçisi “Bellator”da amerikalı ilə döyüşəcək

Azərbaycan millisinin sabiq güləşçisi “Bellator”da amerikalı ilə döyüşəcək

Fərdi
Azərbaycan millisinin boksçuları ölkə birinciliyində finala yüksəliblər

Azərbaycan millisinin boksçuları ölkə birinciliyində finala yüksəliblər