Karyerasını başa vuran Azərbaycan gimnastı planlarını açıqlayıb

Karyerasını başa vuran Azərbaycan gimnastı planlarını açıqlayıb

Peşəkar karyerasını başa vuran Azərbaycan bədii gimnastı Arzu Cəlilova ikinci təhsilini fizioterapiya və reabilitasiya sahəsində almağı planlaşdırır.

20 yaşlı idmançı bu barədə "QELEBE.AZ"a açıqlamasında bildirib.

A.Cəlilova karyerasını bitirməsi ilə bağlı danışıb:

"Bu, mənim üçün asan olmadı. İllər ərzində böyük sevgi və fədakarlıqla məşğul olduğum idman sahəsində çox şey qazandım, unudulmaz anlar yaşadım və dəyərli təcrübələr əldə etdim. Lakin idman həyatı təkcə uğurlardan ibarət deyil. Təəssüf ki, ciddi zədə məni uzun müddət idmandan uzaq saldı. İki il boyunca davam edən ağır müalicə və bərpa prosesi, keçirdiyim əməliyyatlar mənə həm fiziki, həm də mənəvi cəhətdən böyük sınaqlar yaşatdı. Bu müddət ərzində nə qədər mübarizə aparsam da, həyatımda yeni bir səhifə açmağın vaxtının gəldiyini dərk etdim. Sağlamlığımı, gələcək planlarımı və həyat keyfiyyətimi nəzərə alaraq, böyük çətinliklə olsa da, karyeramı bitirmək qərarına gəldim. İdman həyatımın ayrılmaz bir parçası olaraq qalacaq və qazandığım bütün təcrübələr gələcək addımlarımda mənə yol göstərəcək".

O, gələcək planlarından da bəhs edib:

"Karyeramı bitirdikdən sonra ikinci təhsilimi fizioterapiya və reabilitasiya sahəsində almağı planlaşdırıram. Bu qərarımda təcrübəm və keçdiyim yol çox önəmli rol oynayır. Üzləşdiyim zədələr və uzun müddətli reabilitasiya prosesi bu sahəyə marağımı daha da artırdı. Özüm bu yoldan keçdiyim üçün başqalarına kömək etmək və onların sağlamlıq vəziyyətini yaxşılaşdırmaq mənim üçün xüsusilə vacibdir. Bu təhsil gimnast kimi qazandığım təcrübə ilə birləşərək gələcəkdə uşaqlara və gimnastlara kömək etməyimə imkan yaradacaq. Bu biliklər mənə onların sağlamlığını qorumaq, zədələrdən sonra bərpa prosesinə dəstək olmaq və inkişaf proseslərini düzgün şəkildə yönləndirməkdə kömək edəcək".

Qeyd edək ki, Arzu Cəlilova Avropa çempionatının bürünc, gənclər arasında dünya çempionatının gümüş və bürünc mükafatçısı olub.

Fərdi
Memorial iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər

Memorial iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər

Fərdi
Azərbaycan idmançısı məşhur video oyuna daxil edilib

Azərbaycan idmançısı məşhur video oyuna daxil edilib

Fərdi
Boks üzrə Azərbaycan yığmalarının Avropa birinciliyi üçün heyəti açıqlanıb

Boks üzrə Azərbaycan yığmalarının Avropa birinciliyi üçün heyəti açıqlanıb

Fərdi
Azərbaycanın bədii gimnastı Almaniyada gümüş medal qazanıb

Azərbaycanın bədii gimnastı Almaniyada gümüş medal qazanıb

Fərdi
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatını medalsız başa vurub

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatını medalsız başa vurub

Fərdi
Zabit Səmədov idmançı karyerasını qələbə ilə başa vurub

Zabit Səmədov idmançı karyerasını qələbə ilə başa vurub

Fərdi
Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Fərdi
Dünya çempionatı: İlham Zəkiyev gümüş medala sahib olub

Dünya çempionatı: İlham Zəkiyev gümüş medala sahib olub

Fərdi
"İlin idman yekunları": Qaliblər açıqlanır

"İlin idman yekunları": Qaliblər açıqlanır

Fərdi
Bu gün "Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşəcək

Bu gün "Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşəcək

Fərdi
Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə yeni il şousu keçirilib

Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə yeni il şousu keçirilib

Fərdi
Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə 3 vəsiqə verəcək

Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə 3 vəsiqə verəcək