Simonov Dünya kubokunun qalibi oldu
İdman gimnastikası üzrə Dünya kuboku mərhələlərinin yekun nəticələri açıqlanıb.
Apasport.az xəbər verir ki, Azərbaycan idmançısı Nikita Simonov halqalarla yarışda birinci olub.
Təmsilçimiz 6 mərhələnin yekununda ən yüksək bal toplayıb.
Dünya kubokunun Bakı mərhələsinin qalibi olan Simonov Kottbus, Osiek, Antalya və Qahirədə isə ikinci yeri tutub.

https://qelebe.az//uploads/photo/simonov-dunya-kubokunun-qalibi-oldu.webp