“Ağdaş”ın baş məşqçisi İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılmasına münasibət bildirib

“Ağdaş”ın baş məşqçisi İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılmasına münasibət bildirib

Azərbaycanın II Liqasında çıxış edən “Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynov XXII turda “Şahdağ Qusar”la baş tutan matçdan sonra daha 5, ümumilikdə isə 10 oyunluq diskvalifikasiya olunmasına münasibət bildirib.

Mütəxəssis “Report”a açıqlamasında oyunlarda daim təzyiq gördüklərini deyib.

O, bununla yanaşı, səhvlərə yol verdiyini də dilə gətirib:

“Bizim kimi aşağı yerlərdə qərarlaşan komandalar daim təzyiq, stress altında olur. Mənim xarakterim elədir ki, haqsızlığı götürə bilmirəm. Bəlkə də hərəkətlərim kənardan qeyri-peşəkarlıq kimi görünə bilər. Amma belə düşünənlər özlərini mənim yerimə qoysunlar. “Ağdaş”da təkcə baş məşqçi deyiləm, hər şeyə cavabdehəm. Böyük məsuliyyətin altına girmişəm. Səhvi və ya qərəzi aşkar şəkildə dərk edəcək yaşdayam. Sadəcə, bəzən insan özünü ələ ala bilmir. “Şahdağ Qusar”la oyunda səhvə yol verdiyimi boynuma alıram. Hakim səhv etmişdi, etirazımı sərt şəkildə bildirmişdim. Lakin heç kimi təhqir etməmişdim. Amma bundan əvvəl cəzalandırıldığım “Füzuli” ilə matçda nə demişəmsə, haqlı olmuşam. Çünki bizə qarşı konkret qərəz nümayiş etdirmişdilər. Sözün düzünü dediyimə görə həmişə bu vəziyyətə düşmüşəm”.

O, “Ağdaş”ın maliyyə probleminin olduğunu söyləyib:

“AFFA-nın ayırdığı büdcə ilə klubu çətinliklə saxlayırıq. Ona görə də hakimlər istədikləri qərarları verirlər. “Füzuli” ilə oyunda bizə qarşı qərəz var idi. Digər oyunlarda da səhvlər olub. Əleyhimizə çox rahat qərarlar verirlər”.

Baş məşqçi apellyasiya şikayətinin faydasının olmayacağını düşünür:

“Ümumiyyətlə, daha heç nəyə etiraz etməyəcəyimə söz vermişəm. Çünki faydasızdır. Hakimlərin əksəriyyəti futbol oynamayıblar deyə, bu cür durumları anlamırlar. Təkcə nəzəriyyəni bilməklə deyil. Birinci dövrədə hakimlərin səhvlərindən ibarət 8 videorolik hazırlayıb AFFA-ya göndərmişdik. Görürəm ki, heç nə dəyişməyib. Ona görə də şikayətdən sonra nələrinsə dəyişəcəyinə inamımız yoxdur”.

Qeyd edək ki, İntizam Komitəsi “Şahdağ Qusar”la matçda hakimləri təhqir etdiyinə görə R.Hüseynovun əvvəlki cəzasının üzərinə daha 5 oyun əlavə edib. Komitə aprelin 18-də də eyni səbəbdən baş məşqçini 5 oyunluq cəzalandırmışdı.

Futbol
"Real Madrid" Xorvatiya millisinin müdafiəçisini transfer etmək istəyir

"Real Madrid" Xorvatiya millisinin müdafiəçisini transfer etmək istəyir

Futbol
"Neftçi"nin baş məşqçisi: "Styaua" ilə danışığım olmayıb"

"Neftçi"nin baş məşqçisi: "Styaua" ilə danışığım olmayıb"

Futbol
DÇ-2022: Mərakeş - Xorvatiya oyunu başlayıb

DÇ-2022: Mərakeş - Xorvatiya oyunu başlayıb

Futbol
2022-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

2022-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

Futbol
Nqolo Kante dünya çempionatını buraxa bilər

Nqolo Kante dünya çempionatını buraxa bilər

Futbol
Konfrans Liqası: Qrup mərhələsi start götürür

Konfrans Liqası: Qrup mərhələsi start götürür

Futbol
Joze Mourinyo Portuqaliya millisinin təklifini rədd edib

Joze Mourinyo Portuqaliya millisinin təklifini rədd edib

Futbol
DÇ-2022: Kamerun-Serbiya qarşılaşmasında 6 qol vurulub

DÇ-2022: Kamerun-Serbiya qarşılaşmasında 6 qol vurulub

Futbol
"Qarabağ" - "Nant" oyunu başlayıb

"Qarabağ" - "Nant" oyunu başlayıb

Futbol
Oliver Birhoff Almaniya millisindən istefa verib

Oliver Birhoff Almaniya millisindən istefa verib

Futbol
Tanınmış futbolçu onkoloji xəstəlikdən vəfat edib

Tanınmış futbolçu onkoloji xəstəlikdən vəfat edib

Futbol
İsnik Alimi: “Qol yollarında daha yaxşı olmalıyıq”

İsnik Alimi: “Qol yollarında daha yaxşı olmalıyıq”