AKAF nümayəndələri “Prezident Kuboku-2025” öncəsi Füzuli sakinləri ilə görüşüblər

AKAF nümayəndələri “Prezident Kuboku-2025” öncəsi Füzuli sakinləri ilə görüşüblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatası öncəsi Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) nümayəndələri Füzuli sakinləri ilə görüşüb.

“QELEBE.AZ” xəbər verir ki, Füzulidə yeni salınmış şəhərciyə köç edən sakinlərlə görüş zamanı aprelin 28-də Köndələnçayda təşkil olunacaq tədbir haqda məlumat verilib.

Tədbir “Prezident Kuboku-2025” beynəlxalq reqatasını əhatə edir. Saat 11:00-dan etibarən Köndələnçayda maraqlı su şouları, avarçəkənlərin nümunəvi çıxışları baş tutacaq. Eyni zamanda uşaq və yeniyetmələr üçün maraqlı viktorinalar və intellektual yarışmalar keçiriləcək, federasiya tərəfindən xatirə hədiyyələri təqdim olunacaq. Qarabağda ilk dəfə sakinlər üçün həvəskar avarçəkmə qayıqlarında özünü sınamaq imkanı yaradılacaq.

Qeyd edək ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatasında Avropa, Asiya və Afrikadan 20-dən çox ölkədən 200 nəfərdən çox idmançı mübarizə aparacaq. Aprelin 29-da saat 14:00-da Mingəçevirdə, Heydər Əliyev prospektində yarışların rəsmi paradı baş tutacaq. 29 aprel saat 11:00-dan etibarən Suqovuşan su anbarında Reqatanın açılış mərasimi və ilk yarışlar keçiriləcək. Reqata 1-2 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Fərdi
Azərbaycan boksçuları ABŞ-da 4 medal qazanıb

Azərbaycan boksçuları ABŞ-da 4 medal qazanıb

Fərdi
Güləş üzrə Dünya Kuboku: Bütün komandaların heyətləri açıqlanıb

Güləş üzrə Dünya Kuboku: Bütün komandaların heyətləri açıqlanıb

Fərdi
Fərid Qayıbov: “Ötən il bütün tapşırıqları yerinə yetirə bildik”

Fərid Qayıbov: “Ötən il bütün tapşırıqları yerinə yetirə bildik”

Fərdi
Azərbaycanın 2 sərbəst güləşçisi dünya çempionatı ilə vidalaşıb

Azərbaycanın 2 sərbəst güləşçisi dünya çempionatı ilə vidalaşıb

Fərdi
Qış Olimpiya Oyunlarını izləyənlərin sayı açıqlanıb

Qış Olimpiya Oyunlarını izləyənlərin sayı açıqlanıb

Fərdi
Dünya çempionatı: Sərbəst güləşçilər mübarizəyə başlayır, Mirzəzadə final görüşünə çıxacaq

Dünya çempionatı: Sərbəst güləşçilər mübarizəyə başlayır, Mirzəzadə final görüşünə çıxacaq

Fərdi
Kikboksinq üzrə Respublika Kubokunun qalibləri bəlli olub

Kikboksinq üzrə Respublika Kubokunun qalibləri bəlli olub

Fərdi
ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"

ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatını 3 medalla başa vurub

Azərbaycan cüdoçuları dünya çempionatını 3 medalla başa vurub

Fərdi
Azərbaycan Cüdo Federasiyasının rəsmi saytı təqdim olunub

Azərbaycan Cüdo Federasiyasının rəsmi saytı təqdim olunub

Fərdi
Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Fərdi
Anatoli Karpov ağır kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib

Anatoli Karpov ağır kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib