Azərbaycanın minifutbol millisinin baş məşqçisi Monteneqro ilə matçı dəyərləndirib

Azərbaycanın minifutbol millisinin baş məşqçisi Monteneqro ilə matçı dəyərləndirib

Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Monteneqro ilə ötən gün keçirilən yoxlama matçını (1:1) dəyərləndirib.

Mütəxəssis “QELEBE.AZ”a açıqlamasında nəticənin önəmli olmadığını söyləyib.

“Monteneqroya qarşı oyun pis alınmadı. Ancaq hesab bizim üçün önəmli deyil. Çünki yeni taktika üzərində çalışırıq. Daha çox kənarda qalan uşaqlara vaxt ayırmağa çalışırıq ki, onların durumlarını öyrənək. Onların dünya çempionatında milliyə kömək etməsinin mümkün olub-olmadığına baxırıq. Qarşıda oyunlarımız var, hər futbolçuya şans yaradacağıq”, - deyə E.Quliyev vurğulayıb.

O, Bakıda keçiriləcək dünya çempionatı üçün əsas heyəti formalaşdırmağa çalışdıqlarını bildirib:

“İki turnirdə iştirak edəcəyik. Mayın 2-nə qədər təxminən 8-9 matç keçirəcəyik. Bu məqsədlə Monteneqrodayıq. Əsas heyəti formalaşdırmağa çalışırıq. Bura 21 futbolçu ilə gəlmişik. Daha çox yeni oyunçuları yoxlayırıq".

Qeyd edək ki, Azərbaycan yığması dünya çempionatının A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq. 32 komandanın iştirak edəcəyi mundial mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında təşkil olunacaq.

Futbol
"Qarabağ" - "Olimpiakos" oyunu başlayıb

"Qarabağ" - "Olimpiakos" oyunu başlayıb

Futbol
Azərbaycan millisinin futzalçısı: "Özümüzə inanırıq, şansımız böyükdür"

Azərbaycan millisinin futzalçısı: "Özümüzə inanırıq, şansımız böyükdür"

Futbol
"Nant" klubunun Bakıya səfər proqramı bəlli olub

"Nant" klubunun Bakıya səfər proqramı bəlli olub

Futbol
Ronaldo 2 oyun “Əl-Nəsr”ə kömək edə bilməyəcək

Ronaldo 2 oyun “Əl-Nəsr”ə kömək edə bilməyəcək

Futbol
"Frayburq" - "Qarabağ" oyununda ikinci hissə başlayıb

"Frayburq" - "Qarabağ" oyununda ikinci hissə başlayıb

Futbol
UEFA Qara Qarayevi təbrik edib

UEFA Qara Qarayevi təbrik edib

Futbol
DÇ: Mərakeş Portuqaliyanı məğlub edərək yarımfinala yüksəlib

DÇ: Mərakeş Portuqaliyanı məğlub edərək yarımfinala yüksəlib

Futbol
Lionel Messi: "Uzun müddət oynayacağımı düşünmürəm"

Lionel Messi: "Uzun müddət oynayacağımı düşünmürəm"

Futbol
Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib

Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib

Futbol
Yevlaxdakı qəzada xəsarət alanlar futbol hakimləri imiş

Yevlaxdakı qəzada xəsarət alanlar futbol hakimləri imiş

Futbol
Kapitan Azərbaycan çempionatlarında 450-ci oyununu keçirib

Kapitan Azərbaycan çempionatlarında 450-ci oyununu keçirib

Futbol
Peşəkar Futbol Liqası loqosunu dəyişir

Peşəkar Futbol Liqası loqosunu dəyişir