La Liqa: “Barselona” “Selta” üzərində əzmkar qələbə qazanaraq “Real”la xal fərqini 7-yə çatdırıb
İspaniya La Liqasının XXXII turunda “Barselona” “Selta”nı qəbul edib.
“QELEBE.AZ” xəbər verir ki, qarşılaşma ev sahiblərinin 4:3 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
62-ci dəqiqəyədək 1:3 gerida olan Kataloniya təmsilçisi dörd dəqiqə ərzində hesabı bərabərləşdirib, 90+8-ci dəqiqədə isə Rafinya penalti zərbəsi ilə qələbə qolunu vurub.
Qeyd edək ki, İspaniya çempionatının turnir cədvəlinə 73 xalla “Barselona” başçılıq edir. Onu ehtiyatında bir oyunu olan “Real”dan 7 xal ayırır.
“Selta” isə 43 xalla yeddincidir.

https://qelebe.az//uploads/photo/la-liqa-barselona-selta-uzerinde-ezmkar-qelebe-qazanaraq-realla-xal-ferqini-7-ye-chatdirib.webp











