Azərbaycan millisinin sabiq kapitanı: “Vitali Borisov nə etsin, haradan futzalçı tapsın?"

Azərbaycan millisinin sabiq kapitanı: “Vitali Borisov nə etsin, haradan futzalçı tapsın?"

Vitali Borisov nə etsin, haradan futzalçı tapsın?

Bunu “Report”a açıqlamasında Azərbaycan futzal millisinin sabiq kapitanı Ağatahir Əzimov deyib.

Mütəxəssis Vitali Borisovun baş məşqçisi olduğu komandanın Avropa çempionatının əsas mərhələsində çıxışını dəyərləndirib:

“Düşünürəm ki, məşqçilik heç nə yoxdur. Braziliyalılar getdikdən sonra belə turnirlərdə oynaya biləcək futzalçılarımızın sayı azalıb. Bu gün heyətdə yer alanların bəzilərinin yaşı 40-dan yuxarıdır. Qalanları da çox gəncdirlər, 21-22 yaşları var. Yəni, bu gün meydana çıxıb sözünü deməli olan ortayaşlı nəsil yoxdur. Gənclər təcrübəsizdirlər, yaşlılar isə fizki cəhətdən çatdıra bilmirlər. Bunun da əsas səbəbi əvvəlki baş məşqçi Joze Alesio da Silvanın vaxtilə azərbaycanlılara oynamaq üçün çox şans yaratmamasıdır. Həmçinin əksər oyunçular futzalda sponsor olmadığı üçün minifutbola yönəldilər. Futzal çempionatımız da zəifdir. Vitali Borisov nə etsin, haradan futzalçı tapsın? Xaricdə oynayan legionerimiz də yoxdur ki, heyətə cəlb etsinlər”.

O, komanda üzvlərinin təcrübəsizliyini qabardıb:

“Hazırda millinin heyətində olan gənc futzalçılar bir neçə il əvvəl U-19-da oynayırdılar. Yəni, təcrübəli deyillər, cəmi 2-3 ildir futzaldadırlar. Əlbəttə, belə oyunlarda çıxış etdikcə “artıracaqlar”. Futzala sponsorlar cəlb olunsa, minifutbola yönələnlərin hamısı qayıdacaqlar. Əlavə bir neçə legioner gətirdikdən sonra çempionatımız daha da güclənər. Nəticədə gənc futzalçılar inkişaf edərlər. Hazırda çempionluq uğrunda “Araz-Naxçıvan”, “Baku Fire” və “Neftçi” İK klubları mübarizə aparır. Qalan komandalar onlarla müqayisədə zəifdirlər. Rəqabət olmayan çempionatda gənclər inkişaf edə bilməz”.

A.Əzimov komandanın çətinlik çəkdiyi əsas məqamları vurğulayıb:

“Deyə bilmərəm ki, meydana çıxıb döyüşmürlər. Bacardıqlarını ortaya qoyurlar. Taktiki tapşırıqları da yerinə yetirməyə çalışırlar. Sadəcə, təcrübələri azdır. Məsələn, rəqib beş nəfərlə oynayanda futzalçılarımız müqavimət göstərməkdə çətinlik çəkirlər. Baş məşqçi Vitali Borisov da bu məqamlardan narahat olduğunu mənə deyib”.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində yer aldığı V qrupu 2 xalla sonuncu pillədə bitirib.

Futbol
DÇ-2022: Açılış oyununun hakimi bəlli olub

DÇ-2022: Açılış oyununun hakimi bəlli olub

Futbol
Azərbaycan Premyer Liqasının oyunundan sonra baş məşqçi ilə futbolçu dalaşıb

Azərbaycan Premyer Liqasının oyunundan sonra baş məşqçi ilə futbolçu dalaşıb

Futbol
Tomas Heberli: "Azərbaycan millisi bizimlə eyni səviyyədədir"

Tomas Heberli: "Azərbaycan millisi bizimlə eyni səviyyədədir"

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Futbol
“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

Futbol
"Neftçi" Antalyadakı ilk oyununda heç-heçə edib

"Neftçi" Antalyadakı ilk oyununda heç-heçə edib

Futbol
İlqar Nadiri "Kəpəz"in İdarə Heyətinin sədri seçilib

İlqar Nadiri "Kəpəz"in İdarə Heyətinin sədri seçilib

Futbol
"Neftçi"nin baş məşqçisi: "Mənim adım çox yerdə hallanır"

"Neftçi"nin baş məşqçisi: "Mənim adım çox yerdə hallanır"

Futbol
Türkiyənin daha bir klubuna transfer qadağası qoyub

Türkiyənin daha bir klubuna transfer qadağası qoyub

Futbol
Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edərək vahid lider olub

Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edərək vahid lider olub

Futbol
Azərbaycan millisinin futbolçusu əməliyyat olunub

Azərbaycan millisinin futbolçusu əməliyyat olunub

Futbol
AVRO-2024: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

AVRO-2024: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub