KİV: “Liverpul”un qapıçısı komandası ilə müqavilə müddətini uzadaraq icarəyə yollanacaq

KİV: “Liverpul”un qapıçısı komandası ilə müqavilə müddətini uzadaraq icarəyə yollanacaq

“Liverpul”un üçüncü qapıçısı Vitezslav Yaroş müqavilə müddətini uzadaraq Avropanın top-5 liqalarından birinə icarəyə yollanacaq.

“Report” xəbər verir ki, bu barədə Çexiyanın “Infotbal” nəşri yazıb.

“Liverpul” 23 yaşlı çexiyalı qapıçıya başqa kluba keçməyə imkan verməyib və onun müqavilə müddətini daha bir neçə mövsümlük uzadır. Artıq müqavilənin şərtləri razılaşdırılıb”, – nəşr bildirib.

Məqalədə qeyd olunub ki, Yaroş Məhəmməd Salah və Vircil van Daykdan sonra klubla müqavilə müddətini uzadacaq növbəti futbolçu olacaq. Qapıçının cari müqaviləsi 2026-cı ilin iyununa qədərdir, yeni anlaşnınma isə uzunmüddətli olacağı gözlənilir:

“Müqavilə çoxillik olmalıdır, əvvəlki 2026-cı ilin iyununa qədər imzalanıb. Yaroş əvvəl Avstriyanın “Şturm” klubuna icarəyə verilmişdi. Bundan başqa, çexiyalı qolkiperin bu yay Avropanın top-5 liqalarından birinə bir il müddətinə icarəyə veriləcəyi gözlənilir. Pərdə arxasında ən çox müzakirə olunan Fransa Liqa 1 təmsilçiləridir”.

Qeyd edək ki, 56 nömrəli forma ilə çıxış edən Yaroş 2020-ci ildən “Liverpul”a məxsusdur. Bu illər ərzində o, İngiltərənin aşağı divizionlarında, həmçinin İrlandiya və Avstriya klublarında icarə əsasında oynayıb. Qolkiperin “Liverpul”da debütü 2024-cü ilin oktyabrına təsadüf edir. O, Premyer Liqada “Kristal Pelas”a qarşı oyunda zədələnmiş Alisson Bekeri əvəzləyib.

Futbol
"Bavariya" Çempionlar Liqasında yeni rekorda imza atıb

"Bavariya" Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
Türkiyə klubu 42 yaşlı futbolçu ilə yeni müqavilə imzalayacaq

Türkiyə klubu 42 yaşlı futbolçu ilə yeni müqavilə imzalayacaq

Futbol
"Barselona"nın son dörd mövsümdə itkisi 100 milyon avronu keçib

"Barselona"nın son dörd mövsümdə itkisi 100 milyon avronu keçib

Futbol
Qurban Qurbanov: "Heyətin gücləndirilməsi yönündə işlər aparılır"

Qurban Qurbanov: "Heyətin gücləndirilməsi yönündə işlər aparılır"

Futbol
DÇ-2022: Uelsdən əzmkar heç-heçə  - YENİLƏNİB

DÇ-2022: Uelsdən əzmkar heç-heçə - YENİLƏNİB

Futbol
Tomas Tuxel "Çelsi"dən istefaya göndərilib

Tomas Tuxel "Çelsi"dən istefaya göndərilib

Futbol
DÇ-2022-də stadionun sökülməsinə başlanılıb

DÇ-2022-də stadionun sökülməsinə başlanılıb

Futbol
“Neftçi” Azərbaycan çempionatlarında yubiley qolunu vurub

“Neftçi” Azərbaycan çempionatlarında yubiley qolunu vurub

Futbol
Azərbaycan Basketbol Liqasında IV tura start verilib

Azərbaycan Basketbol Liqasında IV tura start verilib

Futbol
Dünya çempionatında I turun yekununda Brazilya Serbiyanı məğlub edib

Dünya çempionatında I turun yekununda Brazilya Serbiyanı məğlub edib

Futbol
DÇ-2022: Uels - İran oyununda ikinci hissə başlayıb

DÇ-2022: Uels - İran oyununda ikinci hissə başlayıb

Futbol
Moldova və Azərbaycan yığmalarının start heyətləri bəlli olub

Moldova və Azərbaycan yığmalarının start heyətləri bəlli olub