Türkiyə Kubokunun finalının keçiriləcəyi stadion bəlli oldu
Türkiyə Kubokunda 2024/2025 mövsümünün final matçının keçiriləcəyi yer müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, həlledici oyun Eskişehir Yeni Stadionunda baş tutacaq.
Görüş mayın 14-də Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Qeyd edək ki, kubokun yarımfinalında "Qalatasaray" "Konyaspor"la, "Trabzonspor" "Göztepe" ilə üz-üzə gələcək.

https://qelebe.az//uploads/photo/turkiye-kubokunun-finalinin-kechirileceyi-stadion-belli-oldu.webp