Azərbaycanın boks millisi "Böyük İpək Yolu" beynəlxalq turnirində komanda hesabında birinci olub

Azərbaycanın boks millisi Bakıda təşkil olunan "Böyük İpək Yolu" beynəlxalq turnirində komanda hesabında birinci yeri tutub.

"Report" xəbər verir ki, yığma 8 qızıl, 3 gümüş və 7 bürünc medalla yarışın kubokuna yiyələnib.

Qadınların yarışında ən yaxşı boksçu Zeynəb Rəhimova (Azərbaycan), kişilərdə Vsevolod Şumkov (Rusiya) seçilib. Şahboz Yunusaliyev (Özbəkistan) ən əzmkar boksçu, Zaal Cavaxadze (Gürcüstan) ən yaxşı hakim adına layiq görülüb.

Qeyd edək ki, təmsilçilərimizdən Zeynəb Rəhimova (52 kq), Aynur Rzayeva (+81 kq), Sübhan Məmmədov (48 kq), Nicat Hüseynov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Nəbi İsgəndərov (67 kq), Seyidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominqes (92 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Marjona Savriyeva (50 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) gümüş medal qazanıblar.

Şamil Əsgərov, Tağı Nəsibov (hər ikisi 60 kq), Ruslan Rüstəmov (63,5 kq), Məmməd Quliyev (86 kq), Anaxanım İsmayılova (48 kq), Bəhriyyə İbrahimova (54 kq) və Aynur Mikayılova (57 kq) üçüncü yeri tutublar.

Fərdi
Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

Baş katib: "Lisenziyası olmayan klub yarışlarda iştirak edə bilməyəcək"

Gənc boksçular arasında Azərbaycan çempionatı başlayır

Federasiya prezidenti Dünya Kubokunda Azərbaycan güləşçilərinə uğurlar arzulayıb

Azərbaycanın kikboksinq yığması Avropa çempionatına hazırlaşır

Avropa Cüdo Birliyi Rusiya və Belarus idmançılarına qadağa qoymayıb

Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

UFC çempionluq kəmərinin yeni sahibi məlum olub

Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub

Türkiyəli diplomat: “Suqovuşanda yarışların təşkili Azərbaycanın təkcə müharibə meydanında deyil, idmanda da irəliləyişini göstərir”

AMADA ötən ay narkotiklə bağlı 195 nəfər arasında sorğu keçirib

Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə yeni il şousu keçirilib